Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycanda 33 yaşlı şəxs qatarın altında qaldı

Azərbaycanda 33 yaşlı şəxs qatarın altında qaldı

Date: 17 November 2016 09:27

Siyəzəndə səhər saatlarında 1 nəfərin qatarın altında qalması ilə nəticələnən bədbəxt hadisə qeydə alınıb.

Milli.Az report-a istinadən xəbər verir ki, hadisə saat 05:10 radələrində rayonunun Gilgilçay stansiyasında baş verib. 1983-cü il təvəllüdlü yerli sakin Qurbanov Mirzəxan Elşad oğlu təhlükəsizlik qaydalarına riayət edilməməsi səbəbindən yıxılaraq qatarın altına düşüb.

Yaralı Siyəzən Rayon Diaqnostika Mərkəzinə aparılıb. "Hər iki baldırın aşağı 3/1-nin amputasiyası, post - travmatik şok" diaqnozu qoyulan zərərçəkən Cərrahiyyə şöbəsində əməliyyat olunub.

Xəsarət alan şəxs həmin qatarın maşinist-köməkçisi olub. Hadisə növbəni təhvil verib, evə gedərkən qeydə alınıb.

Faktla bağlı Siyəzən Polis şöbəsində araşdırma aparılır.

Milli.Az


Tags:  Azərbaycanda 33 yaşlı şəxs qatarın altında qaldı

RƏYLƏR


Top news