Bakıda bina 18 metr sürüşdü, sakinlər küçədə gecələyirlər - FOTO

Bakıda bina 18 metr sürüşdü, sakinlər küçədə gecələyirlər - FOTO
09:37 17 Noyabr 2016
2521 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda tikinti şirkəti gecələr yaşıllığa hücum edir - FOTO (09 May 2017 22:57)
Corcun meyiti tapıldı - BAKIDA (17 Aprel 2017 11:43)
Bakıda faciə: Corcun meyiti tapıldı (17 Aprel 2017 10:19)

"Qəfildən bina silkələndi, elə bildik ki, zəlzələ oldu. Hamı uşaqları götürüb həyətə qaçdı. Baxdıq ki, binanın arxası uçub. İndi 3 gündür küçədə gecələyirik. Növbəti sürüşmədə bina tamamilə yerlə yeksan olacaq". Bunu Gülbəniz Məmmədova deyir.

...Noyabrın 14-də gecə saatlarında Xətai rayonu, Gəncə prospekti, 20A ünvanındakı qəzalı binada uçqun olub. Elə həmin gecə sakinlər metronun "Əhmədli" stansiyasına gedən yolu bağlamaqla etiraz aksiyası keçiriblər. Xətai Rayon İcra Hakimiyyətinin nümayəndələri sakinlərlə görüşüb, problemin həlli üçün çalışacaqlarını deyiblər.

Milli.Az xəbər verir ki, virtualaz.org saytı həmin binaya baş çəkib, gözdən uzaq, könüldən iraq düşmüş ailələrinin dəhşətli durumu ilə tanış olub.

Son 4-5 ildə bina 18 metr sürüşüb. Birinci mərtəbədən sonuncu mərtəbəyə qədər çatlar yaranıb, hətta çatlar o qədər dərindir ki, qonşu qonşunun evini görə bilir. Hazırda bu binada 105-i qaçqın ailəsi olmaqla 150-yə yaxın ailə yaşayır.

Birinci mərtəbədə yaşayan hər ailənin təxminən 15 kvadratmetrlik bir otağı var. Taxta qapısı, pəncərəsi olan bu otaqların sakinləri yuxarı mərtəbələrdə və binanın damında yaşayanlardan daha şanslıdır. Baxmayaraq ki, bu mərtəbədə nə hamam var, nə də ayaqyolu.

"12-ci mərtəbə ucalandan sonra binada qaçqınlar məskunlaşıblar. Sürüşmə nəticəsində sonuncu 3 mərtəbə uçub, beton dirəklər binanın arxasına tökülüb. İndi yalnız 9 mərtəbəsində yaşayış var", - Arif Əliyev adlı sakin deyir.

Uçulub-dağılmış 10-cu mərtəbədə künclərdə qapısız-pəncərəsiz "ev" qurublar. Axşamlar pərdə qapıları aralayıb yatır, səhər pərdə qapıları örtüb geyinirlər. Taxtadan tikilmiş ayaqyolunun da qapısı pərdədəndir.

Füzuli rayonundan olan məcburi köçkün Namiq Əliyevin də 4 nəfərlik ailəsi beton dirəklərin əhatəsində taxtadan tikilmiş balaca evdə yaşayır. Ən dəhşətlisi isə odur ki, damın ətrafı hasarlanmayıb, böyüklərlə bərabər, uşaqların da həyatı təhlükədədir. "Qorxumuzdan gecələr rahat yata bilmirik. Hamı bir can borcludur, amma uşaqlara hər an nə isə ola biləcəyini düşünə-düşünə yaşamaq ölümdən də betərdir", - sakinlərdən biri deyir.

Binanın kanalizasiya sistemi yoxdur, çirkab birbaşa zirzəmiyə axır. Buna görə də üfunət yola qədər yayılıb. Nəmişlikdən 8-ci mərtəbəni ot basıb. Ağdamdan olan məcburi köçkün Səmayə xala deyir ki, siçovulların əlindən evə ərzaq ala bilmirlər. "Bir də görürsən ki, masanın üstündəki çörəyi didir. Uşaqlar qorxudan xəstəlik tapıblar. Suyu, işığı özümüz çəkdirmişik, amma kanalizasiya sistemi çəkdirmək mümkün deyil".

Binanın hər an uça biləcəyindən qorxanlar elə həyətdəcə kərpicdən, taxtadan, dəmirdən "ev" tikib gecələyirlər. Məsələn, Laçın rayonundan qaçqın düşmüş Hümbətovlar yarı dəmirdən, yarı kərpicdən tikilmiş iki otaqda yaşayırlar. "Uşaqlar kömək etdilər, kərpicdən bu balaca otağı tikdik, böyür-başına şifer, dəmir vurmuşuq. Amma ayağımızın altındakı torpaqdır, üstünə əvvəlcə taxtaları düzmüşük, sonra da adyal, kilim sərmişik. Başqa əlac yoxdur", - ailənin gəlini yaşadığı şəraiti göstərir.

Sakinlər deyirlər ki, hər bir ailəyə 45 min manatdan kompensasiya veriləcəyi vəd olunub, amma sonradan vədə əməl etməyiblər: "Demək olar ki, hər gün Nazirlər Kabinetinin, "Qaçqınkom"un qarşısına toplaşırıq. Artıq bizi dinləyib, dərdimizə qulaq asan da yoxdur. Hər dəfə bir bəhanə ilə yola salırlar. Gərək bina başımıza uçsun, sonra tədbir görsünlər".

Ümidləri hər yerdən üzülmüş qaçqınlar yağışın yağmaması üçün hər gün dua edirlər. Təkcə ona görə yox ki, yağış birbaşa başlarına yağır, kanalizasiya daha da dolub-daşır, hörümçək toruna bənzər işıq xətləri yüklənməyə tab gətirmir. Həm də ona görə ki, hər yağan yağış sürüşməni bir az da aktivləşdirir.

Milli.Az








































RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Qubada çayxanada yanğın olub

28 May 2017 08:50

"Müstəqillik mübarizəmiz bitməyib, davam edir"

28 May 2017 08:47

Yaponiya Şimali Koreyaya qarşı sanksiyalar paketi hazırlayır

28 May 2017 08:42

Polşa çempionatında MÖCÜZƏ-QOL - Hakim hara baxırdı? - VİDEO

28 May 2017 08:03

Xamenei: “Səudiyyə Ərəbistanının başında “ləyaqətsiz insanlar” durur”

28 May 2017 07:57

ABŞ-da təyyarə qəzası: ölənlər var Подробнее на ТАСС: http://tass.ru/proisshestviya/4288572

28 May 2017 07:43

Ramazanda bədəninizi susuz qoymayın!

28 May 2017 07:38

Belqradda partlayış baş verib

28 May 2017 07:32

Yeni kolleksiya - FOTO

28 May 2017 07:32

Tramp SÖZ VERDİ

28 May 2017 07:03

Türkiyədə güclü zəlzələ baş verib

28 May 2017 06:37

Qocalığa meydan oxuyan Monika - FOTO

28 May 2017 06:32

Şimali Koreya yeni RƏM sistemini uğurla sınaqdan keçirib

28 May 2017 06:27

"Barselona" baş məşqçini əlidolu yola saldı - VİDEO

28 May 2017 06:13

Mərakeşdə 20 nəfər saxlanılıb - milli təhlükəsizlik səbəbindən

28 May 2017 06:01

Futbol üzrə Fransa Kubokunun qalibi məlum olub

28 May 2017 05:37

Ecazkar Karen və kürən tülkülər - FOTO

28 May 2017 05:32

İtaliyada toqquşma - Gözyaşardıcı qaz tətbiq olundu

28 May 2017 05:13

Rio Olimpiadasının irland mükafatçıları korlanmış medallarını geri qaytarıblar

28 May 2017 04:42

Sabiq prezidentin qəbri dağıdıldı

28 May 2017 04:33

Elvis Preslinin şəxsi təyyarəsi hərracda satılıb

28 May 2017 04:22

Suraxanıda 4 dəmir köşkü yanıb

28 May 2017 04:08

Dəhşət: bu gölə toxunan daşa dönür

28 May 2017 04:04

İngiltərə kuboku "Arsenal"ın oldu - VİDEO

28 May 2017 03:58

Serbiyanın paytaxtında güclü partlayış

28 May 2017 03:33

Üç model yeni kampaniyada - FOTO

28 May 2017 03:32

"Barselona" ardıcıl üçüncü dəfə İspaniya Kubokunu qazanıb

28 May 2017 03:17

Məşhur rok ulduzu dünyasını dəyişdi - FOTO

28 May 2017 02:58

Belqradda güclü partlayış olub

28 May 2017 02:50

Donald Tramp G7 liderlərinin birgə fotoçəkilişinə gecikib

28 May 2017 02:32

Cazibədar Sunniva - FOTO

28 May 2017 02:32

"Arsenal" 13-cü dəfə İngiltərə Kubokunun sahibi oldu

28 May 2017 02:32

Ağcabədidə 4 metrlik gürzə öldürüldü - FOTO

28 May 2017 02:03

ABŞ KXDR-nin qarşısını almaq üçün Sakit okeana üçüncü təyyarə gəmisini göndərib

28 May 2017 01:52

Suriya qoşunları Hələbin 12 kəndini İŞİD-ən azad edib

28 May 2017 01:37

Səyyahlar üçün mebel - FOTO

28 May 2017 01:32

Nömrəni səhv yığdı, xoşbəxt oldu

28 May 2017 01:29

Putinlə Ərdoğan telefonla danışdı

28 May 2017 01:28

Hər gün 5 alma çəyirdəyi yeyin

28 May 2017 01:09

Ermənistanda gömrük məntəqəsinin rəisi həbs edildi

28 May 2017 01:03

İtaliyada G7 sammitinə etiraz edənlərlə polis arasında toqquşma olub

28 May 2017 01:02

Azərbaycanda 28 May

28 May 2017 00:42

G7 sammiti başa çatdı

28 May 2017 00:38

Ən çox milyarderi olan ölkələr

28 May 2017 00:16

Astroloji proqnoz - 28 may

28 May 2017 00:13

Azərbaycan Xalq Cümhuriyyəti 98 yaşında

28 May 2017 00:07

“NATO PA-da növbəti dəfə erməni yalanının şahidi olduq” - Siyavuş Novruzov

28 May 2017 00:05

İtalyan model Silviya - FOTO

28 May 2017 00:05

Günün qoroskopu: ünsiyyət üçün əla gündür

28 May 2017 00:05

Böyük məbləğə satılan 15 qəribə rəsm əsəri - FOTO

28 May 2017 00:05