Erməni silahlı bölmələri atəşkəs rejimini 13 dəfə pozub

Erməni silahlı bölmələri atəşkəs rejimini 13 dəfə pozub
09:37 17 Noyabr 2016
55 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 17 noyabr. REPORT.AZ/ Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 13 dəfə pozub.
Bu barədə “Report”a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Ermənistan Respublikası Noyemberyan rayonu ərazisindəki adsız yüksəkliklərdə, İcevan rayonunun Vazaşen kəndində yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli, Bala Cəfərli kəndlərində, Berd rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Muncuqlu kəndində yerləşən mövqelərimiz atəşə tutulub.
İşğal altında olan Tərtər rayonunun Göyarx, Füzuli rayonunun Horadiz, Qaraxanbəyli kəndləri yaxınlığında, həmçinin Tərtər və Ağdam rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub.

Xəbərin orijinal ünvanı: https://report.az/dagliq-qarabag/ermeni-silahli-bolmeleri-ateskes-rejimini-13-defe-pozubhsdhs

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR