Rusiya Suriyaya iki böyük desant gəmisi göndərdi

Rusiya Suriyaya iki böyük desant gəmisi göndərdi
09:42 17 Noyabr 2016
87 Dünya
Ölkə mətbuatı
A- A+

Suriyaya yük aparan Rusiyanın Şimal donanmasına məxsus böyük "Georgi Pobedonosets" desant gəmisi çərşənbə günü Qara dəniz boğazlarından keçərək Aralıq dənizi hövzəsinə daxil olub.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə İstanbulun xəbər portalları məlumat yayaraq gəminin Bosfordan keçən yerdə şəklini dərc ediblər.
Britaniya saytlarının məlumatına görə, Cəbəlüttariq boğazından da Aralıq dənizinə Rusiyanın Baltik donanmasına məxsus böyük "Korolyov" desant gəmisi Aralıq dənizinə daxil olub.
Ehtimal edilir ki, hər iki gəmi Suriyanın Tartus limanına yük aparmaq üçün yola çıxıb. Orada Rusiya Hərbi Dəniz Qüvvələrinin Aralıq dənizində maddi-texniki təminat məntəqəsi yerləşir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/490206.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR