Terrorçu-kamikadze prezidentin iki mühafizəçisini öldürdü

Terrorçu-kamikadze prezidentin iki mühafizəçisini öldürdü
09:47 17 Noyabr 2016
74 Dünya
Ölkə mətbuatı
A- A+

"İslam dövləti" terror təşkilatının yaraqlıları tərəfindən Əfqansıtanın paytaxtı Kabil şəhərində törədilən partlayış nəticəsində altı nəfər ölüb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, terrorçu-kamikadze motosikletdə Əfqanıstan prezidentinin təhlükəsizliyini təmin edən xüsusi təyinatlıların mikroavtobusuna yaxınlaşıb.

Yolda tıxacın olmasından istifadə edən yaraqlı üzərindəki bombanı işə salıb. Partlayış nəticəsində güc strukturlarının iki əməkdaşı və daha dörd mülki şəxs ölüb, 13 nəfər isə yaralanıb.

Terror hadisəsinə görə məsuliyyəti öz üzərinə İŞİD qruplaşması götürüb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/490208.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR