Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Tanınmış yazıçının nəvəsi dərmandan zəhərlənib öldü - FOTO

Tanınmış yazıçının nəvəsi dərmandan zəhərlənib öldü - FOTO

Date: 17 November 2016 09:48

Bakıda 12 yaşlı qız qohumlarına məxsus dərman həblərini qəbul edərək ölüb.

Hadisə Səbail rayonu Badamdar qəsəbəsində qeydə alınıb.

Belə ki, 12 yaşlı Yaqubova Fərəh Qadir qızı xərçəng xəstəsi olan xalasının və şəkərli diabet xəstəliyindən əziyyət çəkən nənəsinin dərman həblərini qəbul edib. O, huşunu itirirək yerə yıxılıb. F.Yaqubova 1 saylı Şəhər Klinik Xəstəxanasının Toksikologiya şöbəsinə yerləşdirilib. Lakin yeniyetmənin öldüyü məlum olub.

Qeyd edək ki, F.Yaqubova jurnalist, publisist, naşir Oqtay Əliyevin (Ərgünəş) nəvəsidir. O, evin tək övladı idi. F.Yaqubova 6 saylı məktəbin 7-ci sinifində fəal şagirdlərdən biri olub.

Yasamal Rayon Prokurorluğu ölümün səbəblərini araşdırır.

Faktla bağlı başlanan istintaq araşdırmaları davam etdirilir. (report)







Tags:  Tanınmış yazıçının nəvəsi dərmandan zəhərlənib öldü FOTO

RƏYLƏR


Top news