Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

İndi “Skype”dan qeydiyyatsız istifadə mümkündür

İndi “Skype”dan qeydiyyatsız istifadə mümkündür

Date: 17 November 2016 09:51

İndi bir çox onlayn xidmətlər və veb saytlar qeydiyyatsız istifadəçilərin öz imkan və funksiyalarından istifadəsinə icazə vermirlər.

Ancaq son zamanlar bəzi nəhəng şirkətlər bu qaydadan imtina edirlər. Məsələn, “Facebook” şirkəti öz müştərilərinə “Messenger”dən qeydiyyatsız istifadə imkanı yaradıb. İndi “Microsoft” şirkətinə məxsus “Skype” xidmətində də belə addım atılıb.

Axşam.az ıctnews.az-a istinadən xəbər verir ki, indi “Skype” xidmətində ünsiyyət saxlamaq üçün istifadəçilərin veb versiyanı açaraq qonaq kimi daxil olması kifayətdir. Bundan sonra mətn mesajları ilə mübadilə etmək, səsli və videozənglər etmək mümkün olacaq.

Ancaq istifadəçi “Skype” xidmətinə öz hesabı ilə daxil olmadıqda mesajların tarixçəsi bir gün saxlanılır.


Tags:  İndi Skypedan qeydiyyatsız istifadə mümkündür

RƏYLƏR


Top news