Gəncədə süd məhsullarında yeni brend yaradılır

Gəncədə süd məhsullarında yeni brend yaradılır
09:52 17 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

"Azərbaycan və Belarus Gəncədə süd məhsulları kompleksinin yaradılması ilə bağlı birgə layihənin reallaşdırılmasında razılığa gəliblər".

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Belarusun Azərbaycandakı keçmiş səfiri, Gəncə avtomobil zavodunun Belarusdakı nümayəndəsi Nikolay Patskeviç deyib.

Onun sözlərinə görə, Azərbaycanla Belarus arasında danışıqlar aparılıb: "Danışıqlar çərçivəsində tərəflər bu layihənin bütün detallarını hazırlamaq üçün işçi qrupun yaradılmasını razılaşdırıblar. Eləcə də, kənd təsərrüfatı məhsullarının qarşılıqlı ticarəti sahəsində əməkdaşlığın genişləndirilməsi məsələsi müzakirə olunub".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/490201.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR