Dünyanın 4-cü ən böyük neft yatağı kəşf olundu

Dünyanın 4-cü ən böyük neft yatağı kəşf olundu
09:53 17 Noyabr 2016
156 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ-ın Texas ştatında dünyanın ən böyük 4-cü neft yatağı kəşf olunub.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Daxili İşlər Nazirliyinin Geoloji Araşdırmalar Mərkəzi məlumat yayıb.

Məlumata görə, Texas ştatının qərbində yerləşən Permian hövzəsində “Wolfcamp” adlı sahədə təqribən 20 milyard barellik xam neft aşkar olunub. Bununla da, dünyanın dördüncü ən böyük neft yatağı kəşf olunub.

“Wolfgang” sahəsində təqribən 450 milyard kub metr təbii qazın da olduğu təxmin edilir.

Ekspertlər “Wolfcamp” sahəsində tapılan xam neft gəlirlərinin indiki qiymətlərlə təqribən 1 trilyon dollara yaxın olduğunu proqnozlaşdırıb.

Xatırladaq ki, hazırda dünyanın ən böyük neft yatağı 75 milyard barellə Səudiyyə Ərəbistanının “Ghawar” sahəsində yerləşir. Növbəti ikinci və üçüncü yerləri isə Küveytdəki 65-70 milyard barelik “Burqan” və Səudiyyə Ərəbistanındakı 50 milyard barelik “Safaniya” sahələri tutur.

Vasif Həsənli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/176239.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR