"AzVirt"in Serbiyada tikdiyi yolun infrastrukturu talan olunur

"AzVirt"in Serbiyada tikdiyi yolun infrastrukturu talan olunur
10:12 17 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Serbiyanın mərkəzindən keçən "Dəhliz 11" beynəlxalq avtomobil magistralının 2 kilometrlik hissəsində dəmir arakəsmələr və 20 ədəd lyuk qapağı oğurlanıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, magistralın Lyiq-Boljkovci, Boljkovci-Takovo və Takovo-Prelina hissələrinin açılışı noyabrın 7-də Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev və Serbiyanın baş naziri Aleksandr Vuçiçin iştirakı ilə baş tutub. Magistralın qeyd edilən hissəsinin tikintisi Azərbaycan və Serbiya hökumətləri arasında imzalanmış Kredit Sazişinə əsasən maliyyələşdirilib və baş podratçısı "AzVirt" MMC şirkəti olub.

40,3 km uzunluğunda olan magistralın bu hissəsi azərbaycanlı investorlara və Serbiyanın dövlət büdcəsinə 308 mln. avroya başa gəlib. Magistralda 66 körpü, 5 tunel və s. tikilib.
 
"Magistralın qeyd edilən hissəsinin açılışından sonra 2 km uzunluğunda quraşdırılan dəmir arakəsmələr və 20 ədəd lyuk qapağı oğurlanıb. Serbiyanın Tikinti, Nəqliyyat və İnfrastruktur Nazirliyi əhaliyə bir daha çağırış edərək infrastrukturun talan olunmamasını tələb edir. Bunun nəticəsində yol-nəqliyyat hadisələrinin sayı durmadan artır, yol hərəkəti iştirakçılarının həyatına təhlükə yaranır. Magistral boyu 150 müşahidə kamerası quraşdırılıb və talançılıqla məşğul olanlar məsuliyyətə cəlb olunacaqlar", - deyə hökumətin açıqlamasında deyilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/490214.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR