Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Deputatdan ŞOK AÇIQLAMA: “İzmir Türkiyədən ayrılmalıdır”

Deputatdan ŞOK AÇIQLAMA: “İzmir Türkiyədən ayrılmalıdır”

Date: 17 November 2016 10:13

“İzmir şəhəri Avropa Birliyinə üzv olmaq üçün Türkiyədən ayrılmalıdır”.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bunu Cümhuriyyət Xalq Partiyasının (CHP) İzmirdən Türkiyə Böyük Millət Məclisinə seçilmiş deputatı Əli İgid bildirib.

Əslən Kayseridən olduğunu vurğulayan CHP-çi deputat İzmir sakinlərinə Avropa Birliyinə üzv olmaq üçün çağırış edib: “Türkiyə prezidenti və baş naziri bizimlə məzələnir, “Avropa Birliyini istəmirik” deyirlər. Biz 57 il bu qapıda gözlədik, Avropa Birliyinə üzv olmaq üçün yüzlərlə qanunlara dəyişiklik etdik. Biz avropalı olmağa hazırıq. Hələ İzmir sakinləri buna daha çox hazırdır. Bura demokratiyaya və Avropaya açılan qapıdır. Hətta, biz bəzən deyirik ki, lazım gəlsə, İzmir Avropa Birliyinə üzv olmaq üçün Türkiyədən ayrılsın. Biz indiki şərtlərlə yaşamağı istəmirik, avropalı olmağa çalışırıq. Türkiyədə yaşayan demokrat, ziyalı və çağdaş insanlar avropalı olmağa hazırdır”.

Vasif Həsənli


Tags:  Deputatdan ŞOK AÇIQLAMA İzmir Türkiyədən ayrılmalıdır


RƏYLƏR


Top news