Qazaxıstanda planlaşdırılan terror hücumları barədə məlumata görə rəsmi mükafat veriləcək

Qazaxıstanda planlaşdırılan terror hücumları barədə məlumata görə rəsmi mükafat veriləcək
10:22 17 Noyabr 2016
73 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 17 noyabr. REPORT.AZ/ Qazaxıstanda terror aktının qarşısını alacaq və ya qarşısının alınmasına kömək edəcək məlumata görə, ödəniş qaydaları təsdiq edilib.
"Report" TASS-a istinadən xəbər verir ki, hökumətin müvafiq fərmanı cümə axşamı rəsmi KİV-də dərc edilib.
Yeni qaydalar 1 yanvar 2017-ci il tarixdən qüvvəyə minir. Məlumata görə, mükafatların məbləği terror hücumlarının qarşısının alınması kateqoriyasından asılı olacaq və 1,515 milyon təngədən (4,5 min ABŞ dolları) 2,021 milyon təngəyə (6 min ABŞ dolları) qədər dəyişəcək.
Pul ittiham hökmünün qüvvəyə minməsindən sonra ödəniləcək.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/qazaxistanda-planlasdirilan-terror-hucumlari-barede-melumata-gore-resmi-mukafat-verilecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR