Goranboyda quldurluq edən gənclərdən ibarət dəstə zərərsizləşdirilib - FOTO

Goranboyda quldurluq edən gənclərdən ibarət dəstə zərərsizləşdirilib - FOTO
10:32 17 Noyabr 2016
215 Ölkə
Ölkə mətbuatı
A- A+

Goranboyda ev sahibini döyərək onun oğurluq edən şəxslər saxlanılıb.

Milli.Az APA-ya istinadən bildirir ki, rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakıdan Goranboya gələrək rayonun Azad kəndində oğurluq edən 3 nəfərdən ibarət dəstə zərərsizləşdirilib. Bildirilib ki, Bakı şəhər sakinləri - 1995-ci il təvəllüdlü Sadiq Bağırov, 1996-cı il təvəllüdlü İlqar Xeyrişli və 1994-cü il təvəllüdlü Rauf Abbasov rayonun Azad kənd sakini Rəhman Qəhrəmanovun evinə girərək, onu ölümcül döyüblər, mənzildən 1600 manat və 3300 manat dəyərində qızıl-zinət əşyaları götürüblər.
 
Hadisədən sonra Bakıya qayıdanda yaxalanıblar. İstintaq zamanı dəstə üzvü Rauf Abbasovun Bakıda yerləşən obyektlərdən birindən 13 kompüter dəsti oğurladığı da müəyyənləşib.
 
Goranboya ilk dəfə gələn dəstə üzvləri Rəhman Qəhrəmanovun evində 10 min manat pul olması barədə məlumatı zərərçəkənin Emin adlı yaxın qohumunun verdiyini açıqlayıblar. Döyülən şəxs isə paytaxtdakı xəstəxanalardan birində müalicə olunur, vəziyyəti ağırdır. 

Milli.Az



Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/490225.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR