“Google Translate” cümlələrin tərcüməsində neyron şəbəkəsindən istifadəyə başlayıb

“Google Translate” cümlələrin tərcüməsində neyron şəbəkəsindən istifadəyə başlayıb
10:35 17 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

“Google” şirkəti son zamanlar öz xidmətlərində neyron şəbəkəsindən istifadəyə başlayıb ki, bu da yeni imkanlar açır və vaxt ötdükcə sözügedən xidmətlərin müstəqil təkmilləşməsinə imkan verir. İndi “Google Translate” xidməti müasir texnologiyaların sayəsində bütöv cümləni tərcümə etməyi öyrənib. Bundan əvvəl sözügedən xidmət ayrı-ayrı sözləri və ifadələri tərcümə etdiyinə görə çox vaxt cümlənin mənası düzgün alınmırdı. Hazırda “Google Translate” neyron kompüter tərcümə texnologiyasının tətbiqi sayəsində cümlələri dəqiq tərcümə etmək üçün onları tam təhlil edir.

“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, hazırda neyron şəbəkəsinin köməyi ilə tərcümə yalnız 8 dildə əlçatandır: ingilis, fransız, alman, ispan, portuqal, çin, yapon, koreya və türk. “Google” şirkəti mövcud olan bütün dillərin dəstəyini reallaşdırmağı planlaşdırır.

Emil Hüseynov



Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-44393-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR