AVRO-2020-nin daha bir təşkilatçı şəhəri loqonu təqdim edib.
Milli.Az apasport.az-a istinadən xəbər verir ki, Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək oyunların rəmzi bəlli olub.
AVRO-2020-nin əsas brendi birləşmə rəmzi olan körpünü burada Kəsişən Lantsxid və ya Zəncirvari körpü əks etdirir. Bu, Dunay üzərindəki körpüdür.
Budapeşt qrup mərhələsinin üç qarşılaşmasına, həmçinin 1/8 final görüşlərindən birinə ev sahibliyi edəcək.
Qeyd edək ki, bunadək London, Bakı, Roma, Buxarest, Kopenhagen və Münhen də öz loqosunu təqdim edib.
Milli.Az