BTRİB-in sabiq baş direktoru: “Nazir müavini İltimas Məmmədova ev tikintisi üçün 1,5 milyon manat verdim”

BTRİB-in sabiq baş direktoru: “Nazir müavini İltimas Məmmədova ev tikintisi üçün 1,5 milyon manat verdim”
10:37 17 Noyabr 2016
76 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 17 noyabr. REPORT.AZ/ “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin (BTRİB) sabiq baş direktoru Hüseynov Beytulla İbrahim oğlunun ibtidai istintaqa verdiyi ifadəsi məlum olub.
“Report”un əldə etdiyi məlumata görə, birliyin keçmiş direktoru dindirililən zaman ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib.
O, ifadəsində göstərib ki,1984-cü ildə Azərbaycan Politexnik Universitetinin Elektroenergetika fakultəsini bitirib, Naxçıvan Muxtar Respublikasının (MR) Naxçıvan şəhər 5 nömrəli Texniki Rabitə idarəsində əvvəl elektromontyor, sonradan isə elektromexanik, mühəndis, baş mühəndis, daha sonra isə həmin idarənin rəisi vəzifəsində işləyib. B.Hüseynov 1998-ci ildə Bakı şəhərinə gəlib və həmin ildə Qaradağ, 1999-cu ildə Xəzər, 2000-ci ildə Nizami, 2003-cü ildə isə Xətai Telefon qovşağına rəis təyin olunub və son vəzifədə 2005-ci ilin aprel ayına kimi çalışıb, həmin ildə isə BTRİB-in baş direktoru vəzifəsinə təyin olunub, birliyin baş mühasibi vəzifəsində isə Anar Mustafayev işləyib.
Bundan başqa, o, ifadəsində qeyd edib ki, birliyin strukturuna 6 rayon qovşağı, bundan əlavə “Azevrotel” də nəzərə alınmaqla “Bakı Kabel Qovşağı”, “Rabitə Qurğularının Təmiri İdarəsi”, “Bakı Avtomat Telefon Qovşağı”, “Layihə Axtarış Kontoru” ilə birlikdə cəmi 11 struktur qurumu daxil olub. 2009-2015-ci illərdə BTRİB-ə əhaliyə, müəssisə və təşkilatlara, özəl təşkilatalara göstərilən rabitə və internet xidmətlərindən, həmçinin dövlət büdcəsindən, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) struktur qurumu olan “Azintelekom” MMC-dən vəsaitlər daxil olub, həmin vəsaitlərdən əmək haqqı və digər zəruri xərclər çıxıldıqdan sonra, qalan vəsaitlər Bakı şəhərı və Bakı ətrafı kəndlərdə rabitə xidmətinin, o cümlədən internet xidmətinin təşkilinə sərf edilib, yəni qeyd edilən dövrlərdə BTRİB və onun struktur bölmələri tərəfindən Bakı və Mingəçevir şəhərləri ərazisində yeni ATS binaları tikilib, yeni rabitə və kabel- kanalizasiya xətləri çəkilib, istismara cavab verməyən bina və qurğularda təmir işləri aparılıb, TPP, fibrooptik kabel xətləri çəkilib.
Həmçinin, B.Hüseynov dindirililərkən söyləyib ki, 2009-2015-ci illərdə nazirliyin rəhbərliyi tərəfindən ona BTRİB üzrə aparılan təmir-tikinti işləri və alınan mal-materiallar üzrə qiymətlərin 20-25 faiz artırılıb əldə olunan vəsaitlərin 80 faizinin nazirliyə verilməsi barədə tapşırıq verilib, həmin göstərişin icrasını təmin etmək məqsədilə BTRİB və onun struktur bölmələri tərəfindən görülən işlər və alınan mal-materiallar üzrə qiymətlərin 20-25 faiz artırılması barədə telefon qovşaqlarının rəhbərlərinə və iş görən təşkilat kimi “Bakı Rabitə Tikinti Təmir” MMC-nin direktoru Bayram Vəliyevə və “Rabitə Mülki Tikinti” MMC-nin direktoru Emin Məmmədova göstəriş verib, sonuncular da onun göstərişini icra edərək görülən işlərin, alınan mal-materialların qiymətlərini 20-25 faiz artırıb, əldə olunan vəsaitin 5 faizini telefon qovşaqlarının rəislərinə, 5 faizini qovşaqların baş mühasibi və baş mühəndisilərinə verib, mal-material xərcini, əmək haqqı xərclərinı çıxdıqdan sonra qalan vəsaiti onun göstərişi ilə birliyin baş mühasibi A.Mustafayevə verib.
O, ifadəsində vurğulayıb ki, keçmiş nazir Əli Abbasovun tapşırığı əsasında birliyin baş mühasibi A.Mustafayev hər ayın sonunda görülən işlər və alınan mal-materiallar üzrə qiymətlərin artırılması ilə əldə olunan vəsaitlər barədə nazirliyin yüksək vəzifəli şəxsinə məlumat verib.
Bundan sonra A.Mustafayev birbaşa Aparat rəhbərinə hesabat verib, onun göstərişi ilə əldə olunan vəsaitin 80 faizini sonuncuya verib. Bu qayda ilə A.Mustafayevin vasitəsi ilə ilk aylarda nazirliyin rəhbər şəxslərindən birinə 200.000-250.000 manat, sonrakı aylarda isə 100.000-150.000 manat olmaqla, ümumilikdə 10.000.000 manat pul verib.
Bundan əlavə, o, ifadəsində göstərib ki, qiymətlərin artırıması ilə əldə etdiyi vəsaitdən nazirliyin rəhbər şəxsinə verdiyi hissəsindən sonra qalan vəsaitdən birliyin baş mühasibi A.Mustafayevə ayda “konvert” olaraq 7000 manat, “Bakı Rabitə Tikinti Təmir” MMC-nin direktoru B.Vəliyevə “konvert” şəklində 1500 manat, birliyin əməkdaşlarına - şöbə rəislərinə “konvert” olaraq ayda 500-700 manat olmaqla qeyd olunan dövr ərzində ümumilikdə hər ayda 4000-5000 manat, nazir müavini İltimas Məmmədova ev tikintisi üçün 1,5 milyon manat pul verib. O, B.Vəliyev və E.Məmmədovun vasitəsi ilə vergi orqanları əməkdaşlarına 11 milyon manat pul verdiyini, qiymətlərin artırlıması ilə əldə etdiyi vəsaitdən şəxsən özünə hər ay 25.000-30.000 manat olmaqla ümumilikdə 1 milyon 200.000 manat pul qaldığını, həmin pulu da şəxsi ehtiyaclarına sərf etdiyini bildirib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Gözaltı qaraltılar üçün bundan istifadə edin

24 İyul 2017 12:55

Sabahın HAVASI

24 İyul 2017 12:53

Soçi görüşünün nəticəsi və Ermənilərin növbəti pozulan məkrli planı - ŞƏRH

24 İyul 2017 12:53

Cennifer Lopes ad günündə yarıçılpaq idi - FOTO

24 İyul 2017 12:52

Faiq Əmirliyə hökm oxundu

24 İyul 2017 12:52

Sabiq deputata 13 İL HƏBS CƏZASI

24 İyul 2017 12:49

Səudiyyə Ərəbistanından Qətərə qarşı gözlənilməz addım

24 İyul 2017 12:48

Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb

24 İyul 2017 12:47

Siyasi ekspert: "Soçi görüşü Dağlıq Qarabağ münaqişəsinin həllinə töhfəsini verəcək"

24 İyul 2017 12:47

"Qarabağ" Çempionlar Liqasında yubiley matçına çıxacaq

24 İyul 2017 12:47

AMB depozit hərracında 200 mln. manat cəlb edib

24 İyul 2017 12:47

Xocavənddə narkotik becərən şəxs ələ keçirilib

24 İyul 2017 12:44

İstirahət günlərində yol-nəqliyyat hadisələrinin statistikası

24 İyul 2017 12:44

Erkən doğuş ən çox hansı yaş qruplarında olur?

24 İyul 2017 12:43

Moskvaya uçan "Boeing" məcburi eniş etdi

24 İyul 2017 12:42

Novak: "OPEC+ ölkələri anlaşmadan yumşaq çıxışa razıdır"

24 İyul 2017 12:42

Audit nəticəsində İnformasiya Texnologiyaları İnstitutunda nöqsanlar aşkarlanıb

24 İyul 2017 12:42

İnsult keçirdi, maşını betona çırpdı- ölən var

24 İyul 2017 12:39

Bakıda tanınmış aparıcının oğlunun şirkəti qarət olundu

24 İyul 2017 12:37

Qadağan olunmuş çimərliklər və qanunsuz ödənişlər - FOTO

24 İyul 2017 12:37

Samiraldo onu tənqid edənlərə əsəbləşdi: "Mənim namusum, qeyrətim.." - VİDEO

24 İyul 2017 12:37

"Zirə" klubunun futbolçusu Rəşad Sadiqov komandadan kənarlaşdırılıb

24 İyul 2017 12:37

"Qızlarımız Amerikaya köçüb, ər axtarışına çıxırlar”

24 İyul 2017 12:36

Dünya robot texnikası bazarında 2,5 dəfə artım gözlənilir

24 İyul 2017 12:35

Hamı çatmaqaş, hamı çələngli: Dünyanın Frida xoşbəxtliyi - FOTOLAR

24 İyul 2017 12:33

Pepe: "Beşiktaş" mənim üçün yeni bir şansdır"

24 İyul 2017 12:32

Milli mətbuata göstərilən diqqət və qayğıya görə media təmsilçiləri Prezident İlham Əliyevə təşəkkür edirlər

24 İyul 2017 12:32

Bərdədəki dəhşətli hadisə ilə bağlı rəsmi məlumat yayıldı

24 İyul 2017 12:29

Sabiq deputat məhkəmədə SON SÖZ DEDİ

24 İyul 2017 12:28

Roza Zərgərli ərəb turistlərlə rəqs etdi - VİDEO

24 İyul 2017 12:27

"Qarabağ"ın oyununa nə qədər bilet satılıb?

24 İyul 2017 12:27

Bakıda "Pasportların yoxlanılması proseduru üzrə" metodik vəsaitin təqdimatı keçirilib

24 İyul 2017 12:27

Samuel Eto İstanbul klubunda?

24 İyul 2017 12:27

Baş həkim: “Mamalıq və Ginekologiya İnstitutunda 4 ay ərzində 53 vaxtından əvvəl doğuş olub”

24 İyul 2017 12:22

BDU büdcəyə qaytarılmalı olduğu vəsaiti ödəməkdən yayınıb

24 İyul 2017 12:22

Azərbaycanın BƏƏ-dəki səfirliyi yeni ünvana köçüb

24 İyul 2017 12:22

Naxçıvan sakini avtomobili elektrik dirəyinə vurması nəticəsində ölüb

24 İyul 2017 12:22

Keysəriyyə kəsiyi əməliyyat edilənlərin yarıdan çoxu təkrar bu əməliyyatı etdirənlərdir

24 İyul 2017 12:22

Neft yenidən bahalaşacaq?

24 İyul 2017 12:22

Terror təşkilatı daxilində RÜŞVƏT QALMAQALI

24 İyul 2017 12:18

Azərbaycanda qadın ərini öldürərək basdırıb

24 İyul 2017 12:17

Məhkəmədə sabiq deputat barəsində bəraət hökmünün çıxarılmasını istəyib

24 İyul 2017 12:17

Dünyaca tanınmış təlimçi BBF-də gənc sahibkarlara aktual mövzuda təlim keçib

24 İyul 2017 12:17

Hesablama Palatası DSMF-nin Quba rayon şöbəsinin fəaliyyətində nöqsanlar aşkar edib

24 İyul 2017 12:17

"Qızlarımız Amerikaya köçüb, ər axtarışına çıxırlar" - Günel Hümbətova

24 İyul 2017 12:17

Göygöldə qadın ərini öldürdü, tövlədə basdırdı - FOTO

24 İyul 2017 12:12

"Game of Thrones" aktyorlarının fantastik qazancları

24 İyul 2017 12:12

DƏHŞƏTLİ HADİSƏ: azərbaycanlı ailənin 5 üzvü YANARAQ ÖLDÜ

24 İyul 2017 12:08

Gecə internetə girənlər şok yaşadı - Səudiyyə Ərəbistanında

24 İyul 2017 12:05

Bakıda faciə: 7 yaşlı uşaq öldü

24 İyul 2017 12:04