Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Ağdaşda vətəndaşları qəbul edəcək

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Ağdaşda vətəndaşları qəbul edəcək
10:47 17 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 17 noyabr. REPORT.AZ/ Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) sədri Kərəm Həsənov noyabrın 25-də Ağdaş rayonunda vətəndaşları qəbul edəcək. Bu barədə "Report"a Komitədən bildirilib. 
Məlumata görə, vətəndaş qəbulu saat 11:00-da Ağdaş şəhərində yerləşən Heydər Əliyev Mərkəzində keçiriləcək. Qəbulda yalnız Ağdaş və Yevlax rayonlarından, eləcə də Mingəçevir şəhərindən olan vətəndaşların müraciətlərinə baxılacaq. 
Qəbula yazılmaq istəyən vətəndaşlar ƏMDK-nın office@emdk.gov.az elektron poçt ünvanına yaza və ya (012) 490 24 08 (daxili 105 və 349) nömrəsi ilə əlaqə saxlaya bilərlər.

Xəbərin orijinal ünvanı: https://report.az/i-nfrastruktur/emlak-meseleleri-dovlet-komitesinin-sedri-agdasda-vetendaslari-qebul-edecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR