Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Madrid derbisi öncəsi “Real”a ŞOK XƏBƏR

Madrid derbisi öncəsi “Real”a ŞOK XƏBƏR

Date: 17 November 2016 10:58

Futbol üzrə İspaniya çempionatının növbəti turunda Madrid derbisi olacaq. Bütün dünya mətbuatı hazırda Madrid klublarının düşərgəsindən gələn xəbərləri diqqətlə izləyir.

Publika.az xəbər verir ki, “Real”ın heyətində itkilər var. İspaniya millisinin və “Real”ın futbolçusu Alvaro Morata zədələnib. Hücumçu İspaniya millisinin heyətində İngiltərəyə qarşı yoxlama oyununda sıradan çıxıb. Yerli mətbuatın iddiasına inansaq, sağ ayağından zədə alan 24 yaşlı futbolçu ən azı 1 ay yaşıl meydanlardan kənarda qalacaq. Bu da o deməkdir ki, Morata “Atletiko” ilə əhəmiyyətli oyun başda olmaqla, bir neçə oyunda “Kral klubu”na kömək edə bilməyəcək.

Qeyd edək ki, noyabrın 19-da keçiriləcək Madrid derbisində Kərim Benzema, Rafael Varan, Dani Karvaxal, Pepe və Kasemiro kimi oyunçuların da forma geyinməmək ehtimalları var.


Tags:  Madrid derbisi öncəsi Reala ŞOK XƏBƏR


RƏYLƏR


Top news