Qurban Qurbanov əlillərlə boççia oynadı - FOTOLAR

Qurban Qurbanov əlillərlə boççia oynadı - FOTOLAR
11:03 17 Noyabr 2016
72 İdman
Ölkə mətbuatı
A- A+

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinin qonağı olub.

Publika.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Qurban Qurbanov fiziki imkanları məhdud olan insanlar tərəfindən böyük maraqla qarşılanıb. Baş məşqçi onların gündəlik həyat tərzi və fəaliyyətləri ilə yaxından tanış olub.

Daha sonra Qurbanova fiziki qüsurlu şəxslərin məşğul olduğu boççia idman növü haqqında məlumat verilib. Boççia qədim tarixə malik olan, rəngli toplarla oynanılan idman növüdür. Boççia sağlamlıq mərkəzində müalicə olan insanların ən sevimli məşğuliyyətidir.

Qurban Qurbanov bu idman növünə böyük diqqət göstərərək oyun qaydaları və iştirakçılarıyla tanış olub. Baş məşqçi Qarabağ qazisi Elşad İbrahimovla boççia oynayıb. Daha sonra iki komanda arasında yarış keçirilib, oyun böyük diqqətə səbəb olub.

Oyundan sonra isə klub üzvləri ilə təəssüratlarını bölüşən Qurban onlara uğurlar arzulayıb. Görüşün sonunda isə xatirə şəkili çəkilib.















Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/176253.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR