Azərbaycan klublarına örnək: Pulu belə qazanarlar!

Azərbaycan klublarına örnək: Pulu belə qazanarlar!
11:05 17 Noyabr 2016
82 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan komandalarının hərəsinin bir ələ baxdığı dövrdə Avropa klubları milyonlar qazanırlar.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bizimkilərdən fərqli, avropalılar sponsor müqavilələri ilə büdcələrini genişləndirirlər. 

Futbolda bilet satışı, teleyayım və sponsorluq müqaviləsi klubları ayaqda saxlayan əsas məqamlardır. Təəssüf ki, Azərbaycanda bunların heç biri hələ gündəmdə belə deyil.
 
"Barselona" klubu dünən yeni baş sponsorla müqavilə imzalayıb. Gələn mövsümdən Kataloniya təmsilçisinin formasının üzərində Yaponiya şirkəti "Rakuten"in adı yer alacaq. Tərəflər arasında bağlanan müqaviləyə əsasən, katalonlar bonuslarla birlikdə 4 il ərzində hər il 60 milyon avro qazanc götürəcəklər. Bununla "Barsa" sponsorluq müqaviləsindən ən çox pul qazanan ikinci klub olub.
 
İspaniya çempionu indi yalnız "Mançester Yunayted"dən geri qalır. "Qırmızı şeytanlar" "Chevrolet"dən hər il 71 milyon avro pul alır. İlk "üçlüy"ü isə "Çelsi" qapayır. "Zadəganlar" "Yokohama Tyres"lə sponsorluq müqaviləsindən ildə 55 milyon avro qazanır.
 
Maraqlıdır ki, sponsorluq müqaviləsindən ən çox qazanc əldə edən 10 klubdan 6-sı Premyer Liqa təmsilçisidir.
 
İlk "10-luq":
1. "Mançester Yunayted": "Chevrolet" - 71 milyon
2. "Barselona": "Rakuten" - 60 milyon
3. "Çelsi": "Yokohama Tyres" - 55 milyon
4. "Arsenal": "Fly Emirates" - 40 milyon
5. "Bavariya": "Telekom" - 33 milyon
6. "Real": "Fly Emirates" - 32 milyon
7. PSJ: "Fly Emirates" - 28 milyon
8-9. "Liverpul": "Standard Chartered" - 27 milyon
8-9. "Mançester Siti": "Etihad Airways" - 27 milyon
10. "Tottenhem": AIA - 21 milyon

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/490249.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR