Güzəştli mənzillərin satışı necə olacaq? - Detallar

Güzəştli mənzillərin satışı necə olacaq? - Detallar
11:05 17 Noyabr 2016
175 Ölkə
Ölkə mətbuatı
A- A+

Ucuz evlərə görə insanlar "ASAN xidmət"ə axın etdi - FOTO (30 May 2017 15:22)
"ASAN Xidmət"in qarşısında uzun növbələr yarandı... (30 May 2017 11:52)
TƏLƏSİN! - Sosial evlərə qeydiyyat başladı - VİDEO (30 May 2017 10:43)

Məlum olduğu kimi ötən gün Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) Məhdud Məsuliyyətli Cəmiyyətinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi qaydası təsdiq edilib.

Milli.Az marja-ya istinadən xəbər verir ki, MİDA MMC-nin mənzilləri ilə bağlı Qaydalarda qeyd olunur ki, MİDA MMC mənzilləri "Azərbaycan İpoteka Fondu" ASC-nin vəsaiti hesabına verilən güzəştli ipoteka krediti və ya nağd qayda ilə satacaqdır. Güzəştlə mənzil almaq üçün ASC-nin agent bankdan ipoteka krediti alınacaqdır.

Bazar qiymətindən aşağı qiymətə satılacaq

Qaydada bildirilir ki, mənzil güzəştli qiymətlə ipoteka krediti hesabına və ya ərizəçinin öz vəsaiti, yaxud kredit təşkilatından cəlb etdiyi kredit hesabına əldə edilir. Güzəştli qiyməti (mənzilin satış qiymətini) MİDA MMC-nin təklifləri əsasında onun Müşahidə Şurası mənzilin orta bazar qiymətindən aşağı müəyyən edəcəkdir.

Təmirli və mətbəx mebeli ilə satılacaq

Qaydalarda qeyd olunur ki, mənzil tam təmirli və mətbəx mebeli ilə təchiz olunmuş vəziyyətdə təhvil verilir.

Mənzil ipoteka kreditinin hesabına alındıqda agent bankın verdiyi kreditin məbləği satış qiymətinin 90 faizini təşkil etməlidir (kreditin məbləğinin 90 faizdən az olması barədə borcalanın rəsmi müraciət etdiyi hallar istisna olmaqla).

Mənzilləri güzəştlə əldə etmək hüququ olan şəxslər aşağıdakılardır:

-Gənc ailənin üzvü olan aşağıdakı şəxslər:

1. şəhid ailəsinin üzvü (əri/arvadı, övladları);
2. Milli Qəhrəman (özü, əri/arvadı, övladları);
3.məcburi köçkün və ya ona bərabər tutulan şəxs;
4.ən azı 3 il dövlət qulluğunda qulluq edən, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxs;
5. ən azı 5 il dövlət ümumtəhsil məktəbində müəllim işləyən şəxs;
6. fəlsəfə doktoru elmi dərəcəsi olan şəxs;
7. idman sahəsində xüsusi xidmətləri olan şəxs (fəxri bədən tərbiyəsi və idman xadimi, ölkə miqyaslı yarışların qalibi (I yer), beynəlxalq miqyaslı yarışların mükafatçısı (I, II və ya III yer);
- elmlər doktoru elmi dərəcəsi olan şəxs;
- ən azı 15 il dövlət qulluğunda qulluq edən şəxs;
- ən azı 3 il hərbi xidmətdə olan (müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulardan başqa), həmçinin ehtiyata və istefaya buraxılmış Azərbaycan Respublikasının hərbi qulluqçuları ("Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 41.0.6-cı, 41.0.7-ci, 41.0.8-ci, 41.0.10-cu, 42.0.3-cü, 42.0.4-cü və 42.0.5-ci maddələrində nəzərdə tutulan hallarda ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçular istisna olmaqla);
- ən azı 3 il daxili işlər orqanlarında xidmət keçən xüsusi rütbəsi olan şəxs.

Mənzilləri güzəştlə əldə etmək hüququ olan ailə və ya şəxs bu hüquqdan yalnız bir dəfə istifadə edə bilər.

Elan veriləcək

Qaydaya uyğun olaraq, yalnız layihə üzrə tikinti işlərinin 30 (otuz) və daha çox faizi yerinə yetirilmiş binaların mənzillərinin satışa çıxarılması barədə elan veriləcəkdir. Mənzillərin satışının başlanması ilə əlaqədar kütləvi informasiya vasitələrində, cəmiyyətin internet saytında, "Elektron hökumət" portalında və "AİF" ASC-nin internet saytında yerləşdiriləcəkdir.

Sıra nömrəsi veriləcək

Mənzilin güzəştlə əldə edilməsi üçün mənzilləri güzəştlə əldə etmək hüququ olan şəxslər MİDA-ya müraciət etməlidirlər. Mənzilin güzəştlə əldə edilməsi üçün müraciət elektron qaydada "Elektron hökumət" portalında olan "Güzəştli mənzil" elektron sistemi vasitəsilə ediləcəkdir. Müraciətlər real vaxt rejimində "Güzəştli mənzil" elektron sistemində qeydiyyata alınır və onlara həmin sistem vasitəsilə qeydiyyat sıra nömrəsi verilir. Müraciətə onun qeydiyyata alındığı gündən 5 iş günü ərzində baxılır. Əlavə araşdırmanın aparılması tələb olunduğu hallarda, müraciət edən şəxsə bu barədə məlumat verilməklə, həmin müddət 10 iş günü artırıla bilər. Müraciət etmiş şəxsin güzəştli kateqoriyaya aid olması müəyyən edildikdə, cəmiyyət həmin şəxsin sistemdə qeydiyyata alınaraq, müraciətin qeydiyyataalınma nömrəsinə uyğun olaraq ona elektron kabinet verilməsi barədə qərar, həmin kateqoriyaya aid olmadığı müəyyən edildikdə isə elektron kabinet verilməsindən imtina barədə əsaslandırılmış qərar qəbul edir.

"Güzəştli mənzil" sistemində qeydiyyata alınmış şəxs, barəsində elan verilmiş mənzili həmin sistemdə seçə bilər.

Müraciət edən şəxs mənzili ünvan əsasında seçir və seçilmiş mənzili digər şəxslərin seçməsi imkanı elektron sistem vasitəsilə məhdudlaşdırılır. Mənzilin seçilməsi və seçilmiş mənzilə məhdudiyyət qoyulması ilə bağlı müraciət edənin elektron kabinetində sistem vasitəsilə dərhal məlumat yerləşdirilir.

Binada mənzillərin güzəştlə satışı müddəti başa çatdıqdan sonra və ərizəçinin seçdiyi mənzili onun əldə etməsinin mümkün olub-olmaması məsələsinə baxılır. Əgər müsbət qərar qəbul olunursa, agent banka müraciət edilir. Agent bank müraciət edən şəxsə ipoteka krediti ayırarsa o mənzilə sahib ola biləcəkdir.

Milli.Az

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Qusma, ishal və ölüm təhlükəsi - Rotavirusdan necə qorunaq?

23 İyun 2017 19:59

Pakistanda partlayışlar: 36 ölü

23 İyun 2017 19:57

Fikrət Məmmədov Ukraynanın ədliyyə naziri ilə görüşüb

23 İyun 2017 19:52

Mustafa Ceceli və sevgilisi ilk dəfə birgə göründü - FOTO

23 İyun 2017 19:52

Beyin yaşınız neçədir?

23 İyun 2017 19:48

Sinan əcnəbi qızla nişanlandı? - FOTO

23 İyun 2017 19:42

Tbilisidə ''İki yad adam'' filminin təqdimat mərasimi keçirilib

23 İyun 2017 19:42

Makron: “Bu, şərəf məsələsidir”

23 İyun 2017 19:38

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi müsabiqələr keçirir

23 İyun 2017 19:37

Mətbuat Şurasının iclasında media qurumları ilə bağlı şikayətlərə baxılıb

23 İyun 2017 19:35

"Fenerbahçe" Robin Van Persinin taleyinə aydınlıq gətirdi

23 İyun 2017 19:32

Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib

23 İyun 2017 19:29

Çağlanın ərindən etiraf: "Evləndikdən sonra..."

23 İyun 2017 19:27

Ucarda 1 nəfər çayda batıb

23 İyun 2017 19:24

Azərbaycanın balıqçılıq müəssisəsi səhmdarlarına hesabat verəcək

23 İyun 2017 19:22

Yaponiya hökuməti terrorçulara qoşulan yaponu vətəndaşlıqdan çıxardı

23 İyun 2017 19:22

Heydər Əliyev Sarayında yeni layihə: "Məşhurlar və övladları"

23 İyun 2017 19:22

“Çelsi”nin stadionunda “Qarabağ” klubu haqqında filmin təqdimatı

23 İyun 2017 19:18

Çin millisi Almaniya çempionatında çıxış edəcək

23 İyun 2017 19:17

Üç qatil fil divarı qırıb qaçdı - VİDEO - FOTO

23 İyun 2017 19:17

Silahlı Qüvvələrin Hərbi Akademiyasında buraxılış mərasimi keçirilib -

23 İyun 2017 19:13

Silahlı Qüvvələrin Hərbi Akademiyasında buraxılış mərasimi olub

23 İyun 2017 19:12

Murad Dadaşovla Ranar Musayev barışdı - VİDEO

23 İyun 2017 19:12

"Qalatasaray"ın transferi açıqlandı: 8 milyon avro

23 İyun 2017 19:07

Dünyanın ən əsəbi xalqı açıqlandı

23 İyun 2017 19:05

Qusarda Silahlı Qüvvələr Günü münasibətilə tədbir keçirilib

23 İyun 2017 19:04

DİM: Bu gün 57 088 şagird buraxılış imtahanı verib

23 İyun 2017 19:02

“Standard Insurance”in iki rəhbər şəxsi işdən çıxıb

23 İyun 2017 19:02

Daha bir şəxs “Space”dən getdi

23 İyun 2017 18:58

Kamal Abdulla: "Məhəbbət iki tərəfli olmalıdır" - FOTO

23 İyun 2017 18:52

Bakıda yoxa çıxan 17 yaşlı qızdan XƏBƏR VAR

23 İyun 2017 18:52

"Bakı-Sumqayıt" qatarından istifadə edənlərin NƏZƏRİNƏ

23 İyun 2017 18:49

15 yaşlı Azərbaycan gözəlindən İNANILMAZ SÖZLƏR: “Təklif gəlsə, alt paltırında...” - FOTO

23 İyun 2017 18:48

Bakı-Sumqayıt-Bakı elektrik qatarının hərəkət cədvəli dəyişir

23 İyun 2017 18:47

Fransa səfirimiz dəyişdirildi

23 İyun 2017 18:44

Azərbaycanın Fransada yeni səfiri təyin edilib

23 İyun 2017 18:42

Sibel 11 ildən sonra Türkiyədə bunu yenə edəcək

23 İyun 2017 18:42

Putin "Türk axını"nı işə saldı

23 İyun 2017 18:42

Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkət cədvəli dəyişir

23 İyun 2017 18:38

Bakı-Sumqayıt qatarlarının əvvəlki hərəkət cədvəli

23 İyun 2017 18:38

Azərbaycanın Fransadakı səfiri geri çağrılıb

23 İyun 2017 18:36

Çoxmənzilli binaların əsaslı təmirinə 3 milyon manat

23 İyun 2017 18:35

Dəniz nəqliyyatı işçilərinə medal və fəxri ad verildi

23 İyun 2017 18:33

Azərbaycanlı aktyorlar festivala yola düşür

23 İyun 2017 18:32

Dəniz nəqliyyatı işçilərinə medal və fəxri ad verilib - SİYAHI

23 İyun 2017 18:29

Prezident bu şəxsləri təltif etdi - SİYAHI

23 İyun 2017 18:28

Azərbaycanlı şagirdlər robot düzəltmə yarışına çıxdılar - FOTO

23 İyun 2017 18:27

Şirvanda çoxmənzilli binaların təmirinə 3 milyon manat ayrıldı

23 İyun 2017 18:27

Çempionlar Liqasında iştirak edəcək

23 İyun 2017 18:25

Qusarda eramızdan əvvəl I-II minilliklərə aid qəbiristanlıq tapıldı

23 İyun 2017 18:22