Gecə ölüb, gündüz dirilən insanlar: MÖCÜZƏ - VİDEO

Gecə ölüb, gündüz dirilən insanlar: MÖCÜZƏ - VİDEO
11:08 17 Noyabr 2016
672 Maraqlı
Ölkə mətbuatı
A- A+

Pakistanda həmyaşıdlarından fərqlənən iki oğlan uşağı böyüyür.

Publika.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, gün boyu 13 yaşlı Əhməd Şoaib və onun 9 yaşlı qardaşı Abdul Raşid hər kəs kimi məktəbə gedir, dostları ilə oynayır. Lakin axşam düşən kimi onlar vegetativ hala düşürlər: onlar nə hərəkət edə, nədə ki, gözlərini və ağızlarını aça bilirlər. Başqa sözlə, “ölür”, günəş çıxan kimi isə “dirilirlər”.

Bu, dünyada rast gəlinən ilk belə hadisədir. “Günəş oğlanlar” adlandırılan bu uşaqlar İslamabadda pulsuz müayinələrdən keçirlər. İndiyə kimi 300 testdən keçmələrinə baxmayaraq, onların xəstəliklərinin səbəbi tapılmayıb. Həkimlərin yeganə tapdıqları şey uşaqların günəşə birbaşa bağlılığıdır. Belə ki, aparılan eksperiment əsasında gündüz vaxtı uşaqları qaranlıq otağa salaraq xəstəliklərinin səbəbinin işıqla bağlı olub-olmamasını yoxlamaq istəyiblər. Ancaq məlum olub ki, uşaqlar işığa qarşı yox, günün saatlarına qarşı həssasdırlar.

Pakistanlı mütəxəssislər oğlanların yaşadıqları yerin suyundan, havasından və torpağından nümunələr götürərək xarici laboratoriyalara göndəriblər. Lakin analizlərin cavabları heç nə göstərməyib.

Əsas versiyalardan biri qanların qarışdığı üçün genetik anomaliya göstərilir. Oğlanların anası və atası yaxın qohumdurlar. Onların iki uşağı körpə ikən ölüb, bir övladları hamı kimidir. İki oğlu isə sirli “günəş oğlanlar”dır. Altıncı uşaq isə verilən məlumata görə, eyni simptomları göstərir.

Həkimlərin tədqiqatları davam edir. Hələ ki, bu xəstəliyin səbəbinin tapılıb-tapılmayacağı bilinmir, amma həkimlər artıq uşaqlara müəyyən dərəcədə kömək edə biliblər. Uşaqlar dərmanlar vasitəsilə daha çox oyaq qala bilir və əvvəlki kimi birdən yox, öz istədikləri zaman yuxuya gedirlər.

Mələk


Xəbərin orijinal ünvanı: http://publika.az/news/maraqli/176257.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR