Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Türkan Şoray Bakıdadır - “Avrasiya Əfsanəsi” seçildi

Türkan Şoray Bakıdadır - “Avrasiya Əfsanəsi” seçildi

Date: 17 November 2016 11:16

Türkiyənin məşhur aktrisası Türkan Şoray Bakıdadır.

Axşam.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, aktrisa Xəzər Universitetinin dəvəti ilə Azərbaycana gəlib. Aktrisa ilə birgə məşhur fransalı aktyor, rejissor və ssenarist Robert Hossein paytaxtın qonağıdır.

Onlara Avrasiya Akademiyasının üzvlük diplomu və Avrasiya Akademiyasının “Avrasiya Əfsanəsi” mükafatı verilib.

Qeyd edək ki, Türkan Şoray Avrasiya Akademiyasına üzv seçilən və “Avrasiya Əfsanəsi”nə layiq görülən ilk qadındır.

Xatırladaq ki, aktrisanın Bakıda Yunis Əmrə İnstitutu ilə görüşünün ləğv edilməsi barədə xəbər yayılmışdı.


Tags:  Türkan Şoray Bakıdadır Avrasiya Əfsanəsi seçildi

RƏYLƏR


Top news