Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

6-cı evlilik: İbrahim Tatlısəs "sağ qolu" ilə ailə qurur - FOTO

6-cı evlilik: İbrahim Tatlısəs "sağ qolu" ilə ailə qurur - FOTO

Date: 17 November 2016 11:18

Ən yaxın dostu olan Aydemir Akbaş İbrahim Tatlısəsin 6-cı dəfə evlənməyə hazırlaşdığını deyib.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, “İkinci Şans”ın qalasında iştirak edən İbrahim Tatlısəsin 35 illik dostu Aydemir Akbaşı jurnalistlərə verdiyi açıqlamada nikah şahidi olacağını bildirib.

"İbrahim bu yaxınlarda evlənəcək. Mən də nikah şahidləri olacağam. İbrahim heç olmadığı qədər xoşbəxtdir. Onu belə görmək gözəldir", - deyə o bildirib.

İbrahim Tatlısəsin geridə qalan evlilikləri belə olub:

Tatlısəs ilk dəfə Urfada Ədalət Durak ilə evlənib. Cütlüyün bu nikahdan üç uşağı var.

1979-ci ildə “Qara Yazma” filmində tanış olduğu Perihan Savaş ilə ailə qurub. İmperatorun aktrisa ilə evliliyindən Mələk Zübeydə adında bir qız var.

1983-cü ildə “Günah” filmini çəkərkən tanış olduğu Dərya Dunaydan isə ifaçının daha bir oğlu (İdo) dünyaya gəlib.

İbrahim Tatlısəs uzun illər rəqqasə Asena ilə sevgili olub.

Tatlısəs 2011-ci ildə vurulduqdan sonra Ayşegül Yıldızla xəstəxanada evlənməyə qərar verib. Ulduzun bu nikahı da uzunömürlü ola bilmir, cütlük 2013-cü ilin noyabrında boşanıb. İbrahim Tatlısəsin Ayşegül Ulduz ilə olan evliliyindən Əlif Ada adlı bir qızı var.

Hazırda isə İbrahim Tatlısəs illərdir ki, “sağ qolum” dediyi köməkçisi Damla Buket Çakıcı ilə evlənməyə hazırlaşır.

Aytən



Tags:  6-cı evlilik İbrahim Tatlısəs sağ qolu ailə qurur FOTO

RƏYLƏR


Top news