Bazarlara nəzarət “Diplomat”a və “Quli”yə keçdi - KRİMİNAL MÜHARİBƏ SƏNGİYİB

Bazarlara nəzarət “Diplomat”a və “Quli”yə keçdi - KRİMİNAL MÜHARİBƏ SƏNGİYİB
11:19 17 Noyabr 2016
166 Digər
Ölkə mətbuatı
A- A+

 

“Bəzi KİV-də Moskvadakı etnik kriminal qruplaşmalar arasında  göyərti bazarı uğrunda mübarizənin kəskinləşməsi barədə xəbərlər sifarişli xarakter daşıyır”.

 

Lent.az-ın məlumatına görə, bu barədə “Praym Kraym”a adı çəkilməyən azərbaycanlı qanuni oğrulardan birinin nümayəndəsi bildirib.

 

Məlumatda vurğulanır ki, Rusiyada və digər postsovet ölkələrində kənd təsərrüfatı məhsulları ticarəti adətən azərbaycanlıların inhisarında olub.

 

“Hələ Lotu Bəxtiyarın vaxtından bu bazarlardan gələn gəlirlər azərbaycanlı oğrular arasında bərabər bölünüb. Amma Seymur, Hikmət, Çingiz öldürüləndən sonra bu proporsiya pozuldu. Rövşən hər şeyi özü götürəsi oldu”.

 

Məlumatda deyilir ki, Rövşənin qətlindən sonra onun mirasına sahib olmaq istəyən Kaxa Parpaliya və Levan Cannqveladze, onun qardaşı Merab azərbaycanlılar tərəfindən qəbul edilmədi. Çünki azərbaycanlılar onlarn hamisi kimi  gürcüləri yox, öz həmvətənlərindən birini görmək istəyirdilər.

 

“Hazırda isə bazarlara Rövşənin iki qatı düşməni Vaqif Süleymanov (“Diplomat”) və  Nadir Səlifov (“Quli”) nəzarət etməyə başlayıb. Ona görə də son vaxtlar bazar uğrunda müharibələr səngiyib” - deyə bildirilib.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/259729

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR