ŞOK: 2 klub qumara görə Azərbaycan çempionatından qovulacaq

ŞOK: 2 klub qumara görə Azərbaycan çempionatından qovulacaq
11:22 17 Noyabr 2016
28 Ölkə
Ölkə mətbuatı
A- A+

I divizionda danışılmış oyunların say-hesabının olmaması ölkə mətbuatında dəfələrlə öz əksini tapıb. Faktlar da ortaya qoyulub, dəlillər də, ancaq "klublara gözün üstə qaşın var" deyən tapılmayıb. Vəziyyət o həddə çatıb ki, hətta FİFA-dan AFFA-ya rəsmi məktub göndərilib və bu olayların araşdırılması tələb olunub.

Artıq assosiasiya rəhbərliyi də Milli Məclisə müraciət edərək, danışılmış oyunların qarşısını almaq üçün qanun layihəsinin tətbiq edilməsini təklif edib. Vəziyyət elə bir həddə çatıb ki, Milli Məclis qısa zamanda bu qanunun qüvvəyə minməsi üçün "yaşıl işıq" yandırıb. İndi qalıb yalnız prezidentin imzalaması və bundan sonra "moşenniklər" qanun qarşısında cavab verməli olacaqlar.
 
Ancaq bu da son deyil. Məsələ burasındadır ki, İcraiyyə Komitəsində qəbul edilən qərara əsasən, klublar oyunların manipulyasiyasına qarşı mübarizə ilə bağlı hazırlanan Bəyannamə imzalamalı və bundan sonra nəinki özləri qara işlə məşğul olmamaları, hətta bilib, gizlətdikdə belə məsuliyyətə cəlb olunacaqlarını təsdiqləmiş olurlar.
 
Artıq bu yöndə işlərə start verilib və ilin sonunadək bütün klubların bu Bəyannaməni imzalayacağı gözlənilir.
 
Nəhayət, ən şok məlumat: Qış fasiləsindən sonra divizion iştirakçılarının sayı azalacaq. Milli.Az futbolinfo.az-a istinadən xəbər verir ki, FİFA-dan daxil olan geniştərkibli siyahı AFFA-nı əməli işə sövq edib. Əksər divizion klublarının iştirakı ilə keçirilən şübhəli oyunlar araşdırılmağa başlayıb. Assosiasiya rəhbərliyi bu dəfə "heç bir faktımız yoxdur" deməklə kifayətlənməyəcək.
 
Sərt üzünü göstərməyi planlaşdıran ölkənin ali futbol qurumu divizion iştirakçılarından ikisini çempionatdan xaric etməyi planlaşdırır. AFFA İcraiyyə Komitəsinin dekabrdakı iclasında konkret adlar açıqlanacaq.
 
Namizədlər sırasında öndə 4 komanda qərarlaşıb: "Şərurspor", "Bakılı", "Rəvan" və "Göyəzən". Bu, heç də o demək deyil ki, yalnız bu 4 kollektiv danışılmış oyunlara gedib. Əsla! Siyahı o qədər zəngindir ki, "alverçi" adı ilə əksər klubları yola salmaq mümkündür. Lakin AFFA çempionatı dayandırmaq fikrində deyil. Bu üzdən də iki klubu kənarlaşdırmaqla "qızım, deyirəm, gəlinim, eşit" məsələnidən istifadə edir. Ancaq bu cür ciddi qərardan və oyun manipulyasiyasının nəzarətə götürülməsindn sonra çətin ki, adlarını çəkdiklərimiz klubların sponsorları ölkə çempionatında iştirak etmək arzusunda olalar.
 
Yəqin ki, cari mövsüm başa çatdıqdan sonra divizionun əksər klubları tarixin yaddaşına köçmək qərarı verəcəklər. Çünki düzgün işləmək onlara görə deyil, qara işlərlə məşğul olmağın isə cəzası var. Klubların sıradan çıxmasına görə də üzülməyə dəyməz. Onsuz da ölkə futboluna xeyir verməyən belə klublar yalnız kimlər üçünsə qumar alətidi.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/490258.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR