Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bakıda "Maqa" ləqəbli dilənçinin boyun damarı kəsilib

Bakıda "Maqa" ləqəbli dilənçinin boyun damarı kəsilib

Date: 17 November 2016 11:22

Bakıda dilənçiliklə məşğul olan şəxsin boyun damarı kəsilib.

Milli.Az report-a istinadən bildirir ki, hadisə Nəsimi rayonu ərazisində, "Olimp" mağazasının yaxınlığında qeydə alınıb.
Belə ki, 44 yaşlı Məmmədov Mətləb Vəzir oğluna tanımadığı şəxslər yaxınlaşıblar. Onlar ülgüclə M.Məmmədovun boyun nahiyəsini kəsiblər. Hadisə M.Məmmədovun küçədə dilənçilik edən iki övladının gözləri qarşısında baş verib.
Övladlarının köməkliyi ilə M.Məmmədov xəstəxanaya çatdırılıb. Həkimlərin verdiyi məlumata görə, M.Məmmədovun boyun damarı kəsilib. O, əməliyyat olunub, vəziyyəti ağırdır.
Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin (RPİ) 20-ci Polis Bölməsinin (PB) əməkdaşları araşdırma aparırlar. İlkin araşdırmalara görə, M.Məmmədov sərxoş vəziyyətdə olub. O, tanımadığı şəxslərə söyüş söyüb.
Qeyd edək ki, M.Məmmədov avara və dilənçilər arasında "Maqa" ləqəbi ilə tanınır.

Milli.Az


Tags:  Bakıda Maqa ləqəbli dilənçinin boyun damarı kəsilib

RƏYLƏR


Top news