Bakıda səfirlik avtomobili qəzaya düşdü

Bakıda səfirlik avtomobili qəzaya düşdü
11:24 17 Noyabr 2016
34 Digər
Ölkə mətbuatı
A- A+

Bakıda səfirlik avtomobili qəzaya düşüb.

 

Nəsimi rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun A. Əliyev küçəsi 3 ünvanında qeydə alınıb. İndoneziyanın Azərbaycandakı səfirliyinə məxsus “Honda” markalı avtomobil “Hyundai” markalı maşınla toqquşub. Qəza nəticəsində xəsarət alan olmasa da, hər iki avtomobilə ciddi ziyan dəyib.   

 

Polisdən həmçinin bildirilib ki, qəzaya düşən “Honda” markalı avtomobil İndoneziyanın Azərbaycandakı hərbi attaşesinə məxsus olub.

 

Avtomobili isə Ferdi Cokogyanda adlı şəxs idarə edib. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/259730

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR