Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

"525-ci qəzet" 24 yaşını qeyd edir

"525-ci qəzet" 24 yaşını qeyd edir

Date: 17 November 2016 11:27

Bu gün müstəqil Azərbaycan mətbuatının ilk nümunələrindən olan "525-ci qəzet"in yaranmasının 24-cü ildönümüdür.

Milli.Az Trend-ə istinadən bildirir ki, 1992-ci il noyabrın 17-də qeydiyyatdan keçmiş qəzetlərin siyahısında 525-ci olan nəşr bu ad altında fəaliyyətə başlayıb. Hazırda isə "525-ci qəzet"in adı ilk sıralarda çəkilir.

Vaxtilə karyeralarına "525-ci qəzet"də başlayanlar hazırda bir çox aparıcı qurumlarda çalışırlar.

"525-ci qəzet"in baş redaktoru tanınmış yazıçı-jurnalist Rəşad Məciddir. O, 1995-ci ildən qəzetə rəhbərlik edir.

"525-ci qəzet"in yaranmasının 24-cü ildönümü münasibətilə qəzetin kollektivini təbrik edir, fəaliyyətlərində yeni uğurlar arzulayırıq.

Milli.Az


Tags:  525-ci qəzet 24 yaşını qeyd edir

RƏYLƏR


Top news