Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

1150 nəfərin ölkədən çıxışına qadağa qoyulub - borca görə - SİYAHI

1150 nəfərin ölkədən çıxışına qadağa qoyulub - borca görə - SİYAHI

Date: 17 November 2016 11:32

Vergi borcuna görə ölkədən getmə hüququ məhdudlaşdırılmış hüquqi şəxslərin icra orqanlarının rəhbərləri və fiziki şəxslərin siyahıları açıqlanıb.

Milli.Az bildirir ki, Vergilər Nazirliyindən Trend-ə verilən məlumata görə, "İcra haqqında" Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci maddəsinə, Vergi Məcəlləsinin 23.1.16-cı və 23.1.15-3-cü maddələrinə əsasən vergi ödəyicisi vergi borcunu ödəmədikdə məhkəmənin qərarı əsasında fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanlarının rəhbərlərinin ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırıla bilər.

Bu isə o deməkdir ki, vergi borcunu tam ödəməyənə kimi belə şəxslərin ölkədən kənara çıxmasına icazə verilmir.

Vergi borcuna görə ölkədən getmə hüququ məhdudlaşdırılmış fiziki şəxslərin siyahısında 423, Vergi borcuna görə ölkədən getmə hüququ məhdudlaşdırılmış hüquqi şəxslərin icra orqanları rəhbərlərinin siyahısında isə 727 nəfərin adı var.

Milli.Az


Tags:  1150 nəfərin ölkədən çıxışına qadağa qoyulub borca SİYAHI

RƏYLƏR


Top news