Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bakıda intihar etmək istəyən gənci valideynləri xilas edib

Bakıda intihar etmək istəyən gənci valideynləri xilas edib

Date: 17 November 2016 11:42

Bakı. 17 noyabr. REPORT.AZ/ Qaradağ rayonunda 22 yaşlı şəxs özünü öldürmək istəsə də onun bu əməlinin qarşısı valideynləri tərəfindən alınıb.
"Report"un xəbərinə görə, hadisə Qobustan qəsəbəsi 2-ci massiv ev 32 ünvanında qeydə alınıb. Belə ki, həmin ünvanda yaşayan 1994-cü il təvvəllüdlü Nazim Qədirov evin həyətində olan ağacdan özünü iplə asıb. Hadisədən xəbər tutan valideynləri onun bu əməlinin qarşısını alıb. Boyun nahiyəsindən xəsarət alan N.Qədirov xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Qaradağ Rayon Polis İdarəsində (RPİ) araşdırma aparılır.


Tags:  Bakıda intihar etmək istəyən gənci valideynləri xilas edib

RƏYLƏR


Top news