Türkiyədən “terror dəhlizi”nə ağır zərbə

Türkiyədən “terror dəhlizi”nə ağır zərbə
11:43 17 Noyabr 2016
79 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyə Silahlı Qüvvələrinin dəstəklədiyi Azad Suriya Ordusu (ASO) PYD-nin (PKK terror təşkilatının Suriya qolu –red.) “terror dəhlizi” planına ağır zərbə vurub.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, ASO gücləri İŞİD terror təşkilatının nəzarətində olan strateji əhəmiyyətli Əl-Baba şimaldan daha da yaxınlaşıb.

ASO gücləri Əl Kufayr və Kabbasin kəndlərini ələ keçİrərək həm YPG-nin (PYD-nin hərbi qanadı) Əl-Baba gedən yolunu kəsib, həm də PYD-nin nəzarətindəki Afrin və Münbiçin birləşdirilmə planının üstündən xətt çəkib.

Məlumata görə, ASO gücləri Əl-Baba olan məsafəni şimalda bəzi bölgələrdə 1 kilometrə qədər azalda bilib. Əl-Babın ələ keçiriləcəyi halda PYD-nin Türkiyə sərhədində “Kürd dəhlizi”ni yaratma planı aradan qalxacaq.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/176262.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR