Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Yığmamız üçün Avropa çempionatında ilk itki

Yığmamız üçün Avropa çempionatında ilk itki

Date: 17 November 2016 11:47

Bolqarıstanın paytaxtı Sofiyada qadın boksçular arasında Avropa çempionatında növbəti görüşlər keçirilib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, yarışın ikinci günü Azərbaycan millisinin 1 idmançısı rinqə çıxıb.

48 kq çəki dərəcəsində mübarizə aparan Əzizə Abbasova macarıstanlı Virginya Barankayla döyüşüb. Təəssüf ki, o, qarşılaşmadan 0:3 (37:39; 37:39; 37:39) hesablı məğlubiyyətlə ayrılıb.
 
Bu gün daha 2 təmsilçimiz yarışa qoşulacaq. Anaxanım Ağayeva (51 kq) Yelena Saveleva (Rusiya) ilə, Yana Alekseyevna (60 kq) Esra Yıldızla (Türkiyə) münasibətinə aydınlıq gətirəcək.
 
Qeyd edək ki, çempionata 9 boksçu ilə yollanan millimizin heyətində Abbasovadan öncə Anna Əlimərdanova (54 kq) ilk döyüşünü keçirib. Belaruslu Elina Bruyeviçi 3:0 hesabı ilə məğlub edən boksçumuz 1/4 finalda Yelena Envallla (İsveç) qarşılaşacaq. 

Milli.Az


Tags:  Yığmamız Avropa çempionatında ilk itki

RƏYLƏR


Top news