Bakıda 12 yaşlı qız faciəvi şəkildə öldü

Bakıda 12 yaşlı qız faciəvi şəkildə öldü
11:49 17 Noyabr 2016
274 Digər
Ölkə mətbuatı
A- A+

 

Bakıda 12 yaşlı qız dərmandan zəhərlənərək ölüb. Lent.az-ın məlumatına görə, dünən axşam satalarında Badamdar qəsəbəsində yaşayan 2004-cü il təvəllüdlü Əhmədova Fərəh Qadir qızı dərmandan zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə gətirilib. Huşsuz vəziyyətdə xəstəxanaya daxil olan qız 3 saat sonra vəfat edib.

 

Faktla bağlı Səbail rayon Prokurorluğunda araşdırma aparılır.

 

Qeyd edək ki, hadisə barədə ilk xəbəri Report yayıb. Xəbərdə vəfat edən qızın jurnalist, publisist, naşir Oqtay Əliyevin (Ərgünəş) nəvəsi və evin tək övladı olması, eləcə də 6 saylı məktəbin 7-ci sinfində fəal şagirdlərdən biri olması bildirilib.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/259736

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR