Bakıda avtomobildən dövlət nömrə nişanlarını oğurlayan şəxs Sabirabadda tutulub

Bakıda avtomobildən dövlət nömrə nişanlarını oğurlayan şəxs Sabirabadda tutulub
11:52 17 Noyabr 2016
64 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 17 noyabr. REPORT.AZ/ Bakı şəhər sakininin avtomobilini oğurlayan şəxs Sabirabad rayonunda tutulub. "Report" xəbər verir ki, Bakı şəhər sakini Afiq Cabbarova məxsus "Opel" markalı avtomobilin tranzit dövlət qeydiyyat nişanları oğurlanıb. Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində həmin nömrə nişanların vurulduğu "Daewoo" markalı avtomobilin Sabirabad rayonunun ərazisində hərəkətdə olması müəyyən olunub. 
Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşları tərəfindən görülən tədbirlər nəticəsində həmin avtomobil saxlanılıb və onu idarə edən Sabirabad rayon sakini Tofiq Ağayevlə birgə araşdırma aparılması üçün Baş İstintaq və Təhqiqat İdarəsinin müvafiq şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırmalara başlanılıb.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/bakida-avtomobilden-dovlet-nomre-nisanlarini-ogurlayan-sexs-sabirabadda-tutulub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR