Ömürlük həbs alan Vüqara 1 il də iş kəsdilər

Ömürlük həbs alan Vüqara 1 il də iş kəsdilər
11:52 17 Noyabr 2016
195 Ölkə
Ölkə mətbuatı
A- A+

Gümrüdə 7 ermənini öldürdüyünə görə ömürlük həbs cəzası alan rus hərbçi cəzasını Rusiyada çəkəcək (18 May 2017 11:22)
Türkiyədə Fətullah Gülənə həbs cəzası istənildi - 3 min il (08 May 2017 18:27)
Türkiyədə Fətulla Gülənə həbs cəzası istənildi - 3 min il (08 May 2017 17:55)

Kənd təsərrüfatı nazirinin müavini olmuş, buna qədərsə Şəmkirin icra başçısı çalışmış Aslan Aslanovun oğlu Ruslanın ölümünə görə 2003-cü ildən həbsdə olan Vüqar Əliyev haqqında yeni hökm çıxarılıb.

Milli.Az azadliq.org-a istinadən xəbər verir ki, onsuz da ömürlük azadlıqdan məhrum edilmiş Vüqar Əliyev bu dəfə CM-in 317-2-ci (cəzaçəkmə müəssisəsində və ya istintaq təcridxanasında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması və ya istifadəsi) maddəsilə təqsirli bilinib və ona Qaradağ Rayon Məhkəməsinin hökmü ilə daha bir il həbs cəzası kəsilib.

Noyabrın 16-da yeni hökmdən şikayətə Bakı Apellyasiya Məhkəməsində Rizvan Səfərovun sədrlik etdiyi hakimlər kollegiyası baxıb. Qobustandakı qapalı həbsxanada saxlanılan Vüqar Əliyevin özü də məhkəmə iclasına qatılıb.

Vüqar Əliyev ittihamın saxta olduğunu bildirib. Mobil telefon gizlədib saxlamaqda təqsirləndirilən Vüqar Əliyev deyir ki, həbsxanadakı müşahidə kameralarının yaddaşına baxış keçirməklə həqiqəti ortaya çıxarmaq olar. Amma nə istintaqı aparan prokurorluq bu işi görüb, nə də Qaradağ Rayon Məhkəməsi.

Vüqar Əliyevin sözlərinə görə, telefonu həbsxana əməkdaşı satıb: "Gah telefonu əlimdən aldılar, gah bunu görə atamdan pul aldılar. Sonra da sifariş gəldi deyə, saxta cinayət işi qaldırdılar. 2002-ci ildən mənə qarşı bu düşmənçilik davam edir. Bu işlə bağlı heç bir istintaq araşdırması getməyib, gəlib iki dəfə qol çəkdiriblər, vəssalam".

Məhkəmə qısa müşavirədən sonra hökmün dəyişdirilmədən qüvvədə saxlanıldığını elan edib.

Vüqar Əliyevin anası Məlahət İsmayılova məhkəmədən sonra jurnalistlərə açıqlamasında deyib ki, oğlu haqqında yeni cinayət işi sifarişlə hazırlanıb: "Aslan Aslanovun oğlu Ədliyyə Nazirliyinin istintaq idarəsində müstəntiq işləyir. Onlar bu günədək düşmənçiliyi davam etdirirlər. Lamiyə məsələsində üstü açıldı ki, bunlar sifarişlə adamların başına hansı oyunları açdırırlar. Vüqara ömürlük verdirməklə kifayətlənməyiblər, onu tamamilə məhv eləmək istəyirlər. Baxın, həbsxana rəhbərliyi telefonu hansı əməkdaşın satdığını da bilir, amma onu cəzalandırmır. Əksinə, həbsxananın rəisi başqa cəzaçəkmə müəssisəsinə rəis göndəriləndə onu da özü ilə apardı. Deməli, özünə yaxın adamdır".

Məlahət İsmayılovanın sözlərinə görə, oğlunun səhhətində çox ciddi problemlər olsa da, onu Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürmür, tez-tez müxtəlif bəhanələrlə cərimə kamerasına ("kars"a) salırlar: "Vüqar ona bütün bu haqsızlıqlara etiraz olaraq noyabrın 2-dən aclıq edir".

Vüqar Əliyev 2003-cü ilin mayında o zaman nişanlısı olan Lamiyə Quliyeva ilə birlikdə Ruslan Aslanovu qətlə yetirməkdə təqsirli bilinərək həbs olunub. Vüqar Əliyev ömürlük, Lamiyə Quliyeva isə hadisə zamanı yetkinlik yaşına çatmadığına görə 10 il azadlıqdan məhrum edilib. Lamiyə cəzası bitəndən sonra da buraxılmayıb və CM-in 317-ci maddəsilə ona da iş qaldırıb cəzasını uzadıblar. Yalnız həbsdə olduğu halda, uşaq dünyaya gətirməsi ictimailəşəndən sonra Lamiyə ötən ilin fevralında azadlığa buraxılıb.

Vüqar Əliyev haqqında hökmdən Avropa Məhkəməsinə şikayət olunub. Artıq kommunikasiya mərhələsi başlanıb və Avropa Məhkəməsi bu iş üzrə sualları cavablandırmaqdan ötrü Azərbaycan hökumətinə dekabradək vaxt verib.

Milli.Az

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

İtaliyada toqquşma - Gözyaşardıcı qaz tətbiq olundu

28 May 2017 05:13

Rio Olimpiadasının irland mükafatçıları korlanmış medallarını geri qaytarıblar

28 May 2017 04:42

Sabiq prezidentin qəbri dağıdıldı

28 May 2017 04:33

Elvis Preslinin şəxsi təyyarəsi hərracda satılıb

28 May 2017 04:22

Suraxanıda 4 dəmir köşkü yanıb

28 May 2017 04:08

Dəhşət: bu gölə toxunan daşa dönür

28 May 2017 04:04

İngiltərə kuboku "Arsenal"ın oldu - VİDEO

28 May 2017 03:58

Serbiyanın paytaxtında güclü partlayış

28 May 2017 03:33

Üç model yeni kampaniyada - FOTO

28 May 2017 03:32

"Barselona" ardıcıl üçüncü dəfə İspaniya Kubokunu qazanıb

28 May 2017 03:17

Məşhur rok ulduzu dünyasını dəyişdi - FOTO

28 May 2017 02:58

Belqradda güclü partlayış olub

28 May 2017 02:50

Donald Tramp G7 liderlərinin birgə fotoçəkilişinə gecikib

28 May 2017 02:32

Cazibədar Sunniva - FOTO

28 May 2017 02:32

"Arsenal" 13-cü dəfə İngiltərə Kubokunun sahibi oldu

28 May 2017 02:32

Ağcabədidə 4 metrlik gürzə öldürüldü - FOTO

28 May 2017 02:03

ABŞ KXDR-nin qarşısını almaq üçün Sakit okeana üçüncü təyyarə gəmisini göndərib

28 May 2017 01:52

Suriya qoşunları Hələbin 12 kəndini İŞİD-ən azad edib

28 May 2017 01:37

Səyyahlar üçün mebel - FOTO

28 May 2017 01:32

Nömrəni səhv yığdı, xoşbəxt oldu

28 May 2017 01:29

Putinlə Ərdoğan telefonla danışdı

28 May 2017 01:28

Hər gün 5 alma çəyirdəyi yeyin

28 May 2017 01:09

Ermənistanda gömrük məntəqəsinin rəisi həbs edildi

28 May 2017 01:03

İtaliyada G7 sammitinə etiraz edənlərlə polis arasında toqquşma olub

28 May 2017 01:02

Azərbaycanda 28 May

28 May 2017 00:42

G7 sammiti başa çatdı

28 May 2017 00:38

Ən çox milyarderi olan ölkələr

28 May 2017 00:16

Astroloji proqnoz - 28 may

28 May 2017 00:13

Azərbaycan Xalq Cümhuriyyəti 98 yaşında

28 May 2017 00:07

“NATO PA-da növbəti dəfə erməni yalanının şahidi olduq” - Siyavuş Novruzov

28 May 2017 00:05

İtalyan model Silviya - FOTO

28 May 2017 00:05

Günün qoroskopu: ünsiyyət üçün əla gündür

28 May 2017 00:05

Böyük məbləğə satılan 15 qəribə rəsm əsəri - FOTO

28 May 2017 00:05

Oruc tutan şəxslər idmanla məşğul ola bilər?

27 May 2017 23:57

Alimlər keçəlliyin səbəbini tapdılar

27 May 2017 23:57

Facebook-a bağlılığınız uşaqlarınıza mənfi təsir edir

27 May 2017 23:57

Keçmiş senator həyatını itirdi

27 May 2017 23:54

İftarda ərik suyu için

27 May 2017 23:52

Putin və Ərdoğan arasında telefon danışığı olub

27 May 2017 23:47

“Həzrət Davudun (ə) orucu” nə deməkdir?

27 May 2017 23:47

Kamran Ağayev "Amkar" klubuna keçə bilər

27 May 2017 23:43

Oruc tutanlar bu xəbəri mütləq oxuyun! - həkim məsləhəti

27 May 2017 23:42

Moruqla müalicə olunmaq üçün 5 resept

27 May 2017 23:37

"Arsenal" 13-cü dəfə İngiltərə Kubokunun sahibi olub

27 May 2017 23:37

Serial ulduzu kurortda istirahət edir - FOTO

27 May 2017 23:32

Yeniyetmə avarçəkənimiz Avropa çempionatında finala çıxdı

27 May 2017 23:32

Bülənt Ərsoyu kobranın sancdığı görüntülər ortaya çıxdı

27 May 2017 23:30

Bülent Ersoyu kobranın vurduğu anlar ortaya çıxdı - VİDEO

27 May 2017 23:27

Bu 11 qidanı soyuducunun buzluğunda saxlamaq olmaz

27 May 2017 23:27

Ramazan ayında niyə xurma yeyilir?

27 May 2017 23:22