İvanka Trampın qolbağı qalmaqala səbəb oldu

İvanka Trampın qolbağı qalmaqala səbəb oldu
11:52 17 Noyabr 2016
154 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın qızı İvankanın "CBS" kanalında "60 Minutes" verilişində çıxışı efirdə yayımlandıqdan sonra tənqidlərə səbəb olub. Efirin qonaqları Donald Tramp, onun həyat yoldaşı Melaniya və İvanka da daxil olmaqla prezidentin uşaqları olub. 

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, verilişdən sonra İvanka Trampın şirkətinin marketinq şöbəsinin əməkdaşı reklam məqsədli press-reliz yayaraq bildirib ki, prezidentin qızı "60 Minutes" proqramının studiyasında ona məxsus "Metropolis" zinət əşyaları kolleksiyasından olan qolbaqla çıxıb. 

Bu bəyanat isə qalmaqala səbəb olub. Belə ki, siyasətçinin qızı atasının mövqeyindən yararlanaraq öz biznesinin tanıtımı ilə məşğul olmaqda günahlandırılır.

Qadın geyimləri, ayaqqabıları və zinət əşyalarının buraxılışı ilə məşğul olan şirkət nümayəndələri məktubun marketinq şöbəsinin işçisi tərəfindən ənənəvi iş məktubu kimi göndərildiyini bildiriblər. Amma onlar yeni vəziyyəti nəzərə alaraq strategiyalarını yenidən nəzərdən keçirməli olacaqlarını da əlavə ediblər. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/490270.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR