Deputat: “Bar sahibi başa düşməlidir ki, 18 yaşına çatmamış yeniyetməni gecə saat 12-də barda saxlamaq olmaz”

Deputat: “Bar sahibi başa düşməlidir ki, 18 yaşına çatmamış yeniyetməni gecə saat 12-də barda saxlamaq olmaz”
12:02 17 Noyabr 2016
62 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 17 noyabr. REPORT.AZ/ “Həddi-büluğa çatmamış uşaqlar restoranlarda, barlarda gecəyə qədər qalırlar. Bu yaşda olan yeniyetmələr axşama qədər barlarda yox, idman zallarında olmalıdırlar”. "Report”un xəbərinə görə, bunu deputat Ağacan Abıyev Milli Məclisin Ailə, qadın və uşaq məsələləri üzrə komitəsinin bu gün keçirilən iclasında “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının proflaktikası haqqında” qanununa dəyişiklik layihəsinin müzakirəsi zamanı deyib.
O bildirib ki, yeniyetmələr sağlamlıq imkanlarının yaxşı olması üçün idmanla məşğul olmalıdırlar: “İdman gənclərimizin həyat tərzinə çevrilməlidir. Barlara getməklə heç nə olan deyil. Həmin barın sahibi də qanuna əsasən başa düşsün ki, 18 yaşına çatmamış yeniyetməni gecə saat 12-də barda saxlamaq olmaz. Bu məsələyə görə barların sahibləri, valideynlər cavabdehlik daşımalıdırlar. Bu uşaqlar gününü kitabxanalarda, idman zallarında keçirməlidir. Valideynlər çalışmalıdırlar ki, gənclərimiz bugünkü gənc alimlərimizdən, idmançılarımızdan nümunə götürsünlər. Ona görə də hesab edirəm ki, qanuna dəyişiklik vaxtında edilib”

Xəbərin orijinal ünvanı: https://report.az/sosial-mudafie/agacan-abiyev-bar-sahibi-basa-dusmelidir-ki-18-yasina-catmamis-yeniyetme

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR