Sarkisyan: “Gəlin, yeddi rayonu Azərbaycana verək”

Sarkisyan: “Gəlin, yeddi rayonu Azərbaycana verək”
12:03 17 Noyabr 2016
6258 Digər
Ölkə mətbuatı
A- A+

Ermənistan prezidenti Serj Sarkisyan Türkiyə-Ermənistan sərhədlərinin açılması üçün şərtlərini açıqlayıb.

Publika.az xəbər verir ki, S.Sarkisyan “Rusiya bu gün” agentliyinə müsahibəsində sərhədlərin açılması üçün ilkin şərtin irəli sürülməməsini deyib: “Mən həmişə deyirəm ki, istənilən ailənin qurulması üçün iki nəfərin razılığı lazımdır. Sərhədlərin açılmasında biz tərəfdən heç bir problem yoxdur. Ermənistan münasibətlərin qaydaya salınmasına çoxdan hazırdır. 2009-cu ildə bizim dostlarımız danışırdı ki, türklər soyqırımı (qondarma “erməni soyqırımı”-red) tanımayıblarsa, münasibətlər qurulmamalıdır. Lakin biz buna getdik. Mən erməni diasporunun nümayəndələri ilə görüşmək üçün bütün dünyanı gəzib dolaşdım. Parisdə, Nyu-Yorkda, Los-Ancelesdə minlərlə erməni ilə görüşdüm. Onlar Türkiyə-Ermənistan arasında protokolların imzalanmasına qarşı çıxırdı. Mən çalışırdım, onlardan xahiş edirdim və razı salırdım. Nəticədə imzalandı”.

Sarkisyan Türkiyəni öz öhdəliklərini yerinə yetirməməkdə ittiham edib.

“Bəli, gəlin təhlükəsizlik zonasını (Dağlıq Qarabağ ətrafındakı yeddi rayon-red) Azərbaycana verək, Türkiyə ilə sərhədlər açılsın. Sonra nə olacaq? Üç ay, yaxud altı ay sonra, ya da bir il sonra münaqişə olacaq və onlar sərhədləri yenidən bağlayacaqlar”, - deyə o bildirib.

Sarkisyan daha sonra Türkiyəni yenə qondarma “erməni soyqırımı”na görə ittiham edib.

Asif


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/176268.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR