"Sarkisyan ancaq bir halda Azərbaycan prezidentinə zəng edə bilər…"

"Sarkisyan ancaq bir halda Azərbaycan prezidentinə zəng edə bilər…"
12:05 17 Noyabr 2016
304 Ölkə
Ölkə mətbuatı
A- A+

"Dünən Ermənistan prezidenti Serj Sarkisyan Ermənistan və Azərbaycan prezidentləri arasında "qaynar xətt"in olmasını və atəşkəs pozularkən bir-birini xəbərdar etməklə insidentin qarşısını birgə almağı təklif edib.

Görünür, Sarkisyan növbəti dəfə beynəlxalq ictimaiyyəti aldatmağa çalışır. Ortada Ermənistan tərəifindən Azərbaycan torpaqlarının bir hissəsinin işğal edilməsi faktı var və Azərbaycan ərazi bütövlüyünün təmin edilməsini tələb edir. Bu torpaqlar 1991-1994-cü illərdə, məhz Serj Sarkisyan Ermənistanın müdafiə naziri olarkən, işğal edilib".

Milli.Az modern.az-a istinadən bildirir ki, bu sözləri Milli Məclisin deputatı Aydın Mirzəzadə Sarkisyanın Ermənistan və Azərbaycan prezidentləri arasında "qaynar xətt"in yaradılması təklifinə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, dünyanın heç bir yerində işğalçı dövlətlə torpağı işğal edilən dövlət arasında atəşkəsin pozulmasını araşdıracaq mexanizmi yoxdur. 

"Sarkisyan bu "qaynar xətt"i müdafiə naziri kimi torpaqlarımızı işğal edəndə yaradaydı.
Ermənistan atəşkəsin pozulmasını yox, Azərbaycanın ərazilərindən qoşunlarını çaxarmağı düşünməlidir. O, yaxşı bilir ki, Azərbaycan öz torpaqlarını işğaldan azad etmək üçün bütün mümkün üsullardan, o cümlədən hərbi yoldan da istifadə etməyi həmişə gündəlikdə saxlayır. Azərbaycan prezidenti İlham Əliyev demişkən, "erməni əsgəri ölmək istəmirsə, o rədd olub Azərbaycan torpaqlarından çıxıb getməlidir".
Serj Sarkisyan ancaq bir halda Azərbaycan prezidentinə zəng edə bilər: öz qoşunlarını Azərbaycan ərazilərindən çıxarmağa hazır olduğunu bildirmək üçün".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/490271.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR