Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Yatağa məhkum olan yazıçı KÖVRƏLDİ: “Ağırdır…”

Yatağa məhkum olan yazıçı KÖVRƏLDİ: “Ağırdır…”

Date: 17 November 2016 12:13

Tanınmış yazıçı Vidadi Babanlı yatağa məhkum olub.

O, kədərini oxucuları ilə Publika.az vasitəsilə bölüşüb:

“İki ilə yaxındır ki, yataq xəstəsiyəm, yeriyə bilmirəm. Ayağım sındı, aylarla xəstəxanada yatdım, amma xeyri olmadı. Sümük bitişmir ki, yeriyə bilim. Bir yandan da gözlərim tutulub. Yeni əsərimi yarımçıq qoymaq istəmirəm, amma o qüvvət də məndə yoxdur ki, davam etdirim”.

Təklikdən gileylənən yazıçı kövrəlib:

“Dostlarım bir-bir dünyasını dəyişdi, indi dərdləşməyə adam tapmıram. Bu yaşda tək qalmaq ağırdır”.

Qeyd edək ki, 89 yaşlı yazıçı iki il əvvəl Zaqatalada istirahət edərkən yıxılaraq ayağını sındırıb. Həmin vaxtdan yatağa məhkum olan yazar yeriyə bilmir.

Cəvahir


Tags:  Yatağa məhkum olan yazıçı KÖVRƏLDİ Ağırdır

RƏYLƏR


Top news