Azərbaycanda polis şöbəsində ŞOK OLAY: Saxlanılan şəxs qollarını doğrayıb öldü

Azərbaycanda polis şöbəsində ŞOK OLAY: Saxlanılan şəxs qollarını doğrayıb öldü
12:14 17 Noyabr 2016
105 Digər
Ölkə mətbuatı
A- A+

Şirvan şəhər Polis Şöbəsində intihar hadisəsi baş verib.

APA-nın məlumatına görə, Polis Şöbəsinin müvəqqəti saxlanma yerində saxlanılan 1966-cı il təvəllüdlü Vaqif Şahbalı oğlu Muradov bu gün səhər qollarını doğrayıb. V. Muradov çoxlu qan itirdiyindən dünyasını dəyişib.

Məlumata görə, zorlamada ittiham olunan V. Muradov Sabirabad rayon Polis Şöbəsi tərəfindən tutulub. Sabirabadda təqsirləndirilən şəxslərin saxlanıldığı təcridxana təmir olunduğundan V. Muradov Şirvan rayon Polis Şöbəsində saxlanılırmış.

 

Faktla bağlı Şirvan rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/259748

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR