Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Sınıq Körpü" gömrük postu gücləndirilmiş iş rejiminə keçdi

"Sınıq Körpü" gömrük postu gücləndirilmiş iş rejiminə keçdi

Date: 17 November 2016 12:32

Gürcüstanla Rusiya arasındakı magistral yolda əlverişsiz hava şəraiti ilə əlaqədar yük nəqliyyat vasitələri və avtobusların hərəkəti qadağan edilib.

Bu barədə Azərbaycan Dövlət Gömrük Komitəsindən Milli.Az-a verilən məlumatda deyilir.

Məlumatda deyilir ki, Gürcüstan ərazisindən keçərək Rusiyaya gedən bu qəbildən avtomobillərin təyinat nöqtələrinə çatması üçün Azərbaycan ərazisindən keçəcəyi və müəyyən sıxlığın yaranacağı ehtimalını nəzərə alaraq Tovuz Gömrük İdarəsinin Gürcüstanla sərhəddə yerləşən "Sınıq Körpü" gömrük postu qabaqlayıcı tədbir kimi gücləndirilmiş iş rejiminə keçib.
Hələlik gömrük postunda heç bir sıxlıq müşahidə olunmur.

Milli.Az


Tags:  Sınıq Körpü gömrük postu gücləndirilmiş rejiminə keçdi

RƏYLƏR


Top news