Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Doğum zamanı həkimlər elə şey etdilər ki... - Qadın öldü - FOTO

Doğum zamanı həkimlər elə şey etdilər ki... - Qadın öldü - FOTO

Date: 17 November 2016 12:42

Türkiyədə qeysəriyyə üsulu ilə doğum edən ana həyatını itirib.

Milli.Az "Milliyet"ə istinadla xəbər verir ki, o, həkimlərin səhlənkarlığı üzündən ölüb.

İzmirin Buca mahalında yaşayan Harika Kanık uşaqlıq eşqi 26 yaşlı Figani Kanıka ərə gedib.

O, bir neçə ay sonra hamilə qalıb. Harika Kanık ötən ilin aprel ayında qeysəriyyə üsulu ilə doğum edib. Lakin doğumdan uzun müddət keçsə də, qadının ağrıları kəsməyib. O, dəfələrlə həkimə gedib. Həkimlər ona ağrıkəsici dərmanlardan istifadə etməyi məsləhət görüblər.

İstifadə etdiyi dərmanlardan sonra da ağrılardan xilas olmayan qadın başqa həkimlərə müraciət edib. Şəhərin tanınmış həkimlərindən biri axır ki, ona düzgün diaqnoz qoyub. Məlum olub ki, həkim qadının doğum əməliyyatı zamanı onun bətnində binti yaddan çıxarıb. Uzun müddət orada yapışıb qalan bint bir müddət sonra orada çirk yığılmasına səbəb olub. Qadın dərhal əməliyyat edilib. Sidik kisəsinin bir hissəsi kəsilən qadın əməliyyatdan 8 gün sonra həyatını itirib.

Mərhumun yaxınları baş verənlərə üsyan ediblər. Onlar rəsmilərdən kömək istəyiblər.

Qeyd edək ki, qadının qarnında sarğını yaddan çıxaran həkim heç bir cəza almayıb.

Milli.Az










Tags:  Doğum zamanı həkimlər şey etdilər Qadın öldü FOTO

RƏYLƏR


Top news