Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycanda qadını intim şəkilləri ilə şantaj edən şəxs tutuldu

Azərbaycanda qadını intim şəkilləri ilə şantaj edən şəxs tutuldu

Date: 17 November 2016 12:47

Gəncə şəhərinin Yeni Gəncə qəsəbəsinin sakini şantaj olunması ilə bağlı polisə müraciət edib.

Mİlli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, dünən qəsəbə sakini Rəfiqə (ad şərtidir) Kəpəz RPİ-yə müraciət edərək sosial şəbəkədə tanış olduğu "Maqa Qurbanlı" ləqəbli şəxsin 055-634-34-14 nömrəsindən ona zəng edib şəkillərini və barəsində rüsvayedici məlumatları sosial şəbəkədə yayacağı ilə hədələdiyini, əxlaqsız təkliflər etdiyini və ya 200 manat pul verməyi tələb etdiyini bildirib.

Kəpəz RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Gülüstan qəsəbəsinin sakini Məhərrəm Qurbanov saxlanılıb. 

Araşdırma aparılır.

Milli.Az


Tags:  Azərbaycanda qadını intim şəkilləri şantaj edən şəxs tutuldu

RƏYLƏR


Top news