Bakı. 17 noyabr. REPORT.AZ/ Dövlət Gömrük Komitəsinin (DGK) Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunun idxal nəzarəti zonasında Azərbaycan vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə baxış keçirilib. Bu barədə "Report"a DGK-dan bildirilib.
Məlumata görə, yoxlama zamanı avtomobildən gömrük nəzarətindən gizlədilən hər birində 600 ədəd olmaqla 22 qutu, ümumilikdə isə 13200 ədəd pirotexniki vasitələr aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.