Müğənni öz həmcinsi ilə nişanlandığını elan etdi - FOTOLAR

Müğənni öz həmcinsi ilə nişanlandığını elan etdi - FOTOLAR
12:48 17 Noyabr 2016
164 Şou
Ölkə mətbuatı
A- A+

Riki Martin Ellen Decenerisin şousunda sevgilisi ilə nişanlanması barədə danışıb.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, məşhur verilişdə suriya əsilli londonlu rəssam Cvan Yosef ilə münasibətdə olduğunu və sevdiyi kişiyə etdiyi evlilik təklifinin təfərrüatlarını bölüşüb: “Təklif mən etdim, çox həyəcanlı idim. Və bir dizimi yerə qoyub standart "Mənə ərə gələrsənmi?" sualını vermək əvəzinə "Məndə sənin üçün nəsə var" dedim və üzüyü çıxardım".

Bundan başqa, müğənni Cvan Yosef ilə romantik tanışlıq hekayəsinin tarixini də danışıb. "Mən rəsm kolleksiyası toplayıram. Bir dəfə Cvanın işlərini gördüm, onlar mənə çox təsir bağışladı, buna görə də onunla görüşmək qərarına gəldim. Bu, ilk baxışdan sevgi idi” - deyə Riki qızararaq danışıb.

Xatırladaq ki, Riki Martinin surroqat ana tərəfində dünyaya gələn 8 yaşlı Valnetino və Matteo əkiz oğulları var. Rikinin sözlərinə görə, övladları musiqiçinin sevdiyi adam ilə yaxşı yola gedir.

Aytən






Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin2/176271.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR