Qətərli nazir: "2017-ci ildə təbii qaza tələbat artacaq"

Qətərli nazir: "2017-ci ildə təbii qaza tələbat artacaq"
12:52 17 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 17 noyabr. REPORT.AZ/ Qətərin energetika və sənaye naziri Məhəmməd əl-Sada 2017-ci ildə təbii qaza tələbatın artacağını gözlədiyini bildirib.
Bu barədə "Report" RİA "Novosti"yə istinadən xəbər verir.
"Keçən il Tehranda keçirilən görüşdən sonra qaz bazarında dəyişikliklər dinamikası həmişəkindən daha sürətlə baş verir. 2015-ci ildə təbii qaza olan tələbat 1,9% artıb. Bu isə 2014-cü ilin analoji faiz artımından təxminən iki dəfə çoxdur. Buna görə də təbii qaza tələbatın gələn il də artacağını gözləyirəm", - deyə nazir qaz ixracatçıları olan ölkələrin forumunda deyib.

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/qeterli-nazir-2017-ci-ilde-tebii-qaza-telebat-artacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR