Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Novruz Məmmədov: "Müasir beynəlxalq aləmdə sabitliyə və təhlükəsizliyə təhdidlər az deyil"

Novruz Məmmədov: "Müasir beynəlxalq aləmdə sabitliyə və təhlükəsizliyə təhdidlər az deyil"

Date: 17 November 2016 13:05

"Müasir beynəlxalq aləmdə sabitliyə və təhlükəsizliyə təhdidlər az deyil".

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov "Facebook"dakı səhifəsində yazıb.

N.Məmmədov qeyd edib: "MDB-yə üzv dövlətlərin Təhlükəsizlik Şuralarının katiblərinin Moskvada toplantısı Birliyin 25 illiyi münasibətilə keçirilsə də, çox mühüm məsələlərə həsr edilmişdi. Həqiqətən də müasir beynəlxalq aləmdə sabitliyə və təhlükəsizliyə təhdidlər az deyil. Düşünürəm ki, bu təhdidlərə qarşı birgə fəaliyyət, qanunvericiliyin təkmilləşdirilməsi, informasiya mübadiləsi və təhlükəsizliyi və digər məsələlər ətrafında müzakirələr çox faydalı oldu".

Milli.Az


Tags:  Novruz Məmmədov Müasir beynəlxalq aləmdə sabitliyə təhlükəsizliyə təhdidlər az deyil


RƏYLƏR


Top news