Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Baş katib: "Dünya Xəbər Agentliklərinin V Konqresi Azərbaycanın dünya mediasının inkişafına töhfəsidir" - FOTO

Baş katib: "Dünya Xəbər Agentliklərinin V Konqresi Azərbaycanın dünya mediasının inkişafına töhfəsidir" - FOTO

Date: 17 November 2016 13:05

"Bakıda keçirilən Dünya Xəbər Agentliklərinin V Konqresi və Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyası təcrübə mübadiləsi aparmaq üçün çox yaxşı imkandır".

Milli.Az bildirir ki, bunu Trend-ə Dünya Xəbər Agentlikləri Konqresinin baş katibi Uffe Riis Sorensen deyib.

O bildirib ki, Konqres çərçivəsində səmərəli görüşlər keçirilir və xəbər agentlikləri qarşısında duran çağırışlarla bağlı müzakirələr aparılır:

"Bu baxımdan da tədbirin əhəmiyyəti çox böyükdür. Azərbaycan tədbiri yüksək səviyyədə təşkil edib və bu, Azərbaycanın dünya mediasının inkişafına verdiyi bir töhfədir".

Artıq 4-cü dəfədir Bakıya gəldiyini deyən U.R.Sorensen şəhəri çox bəyəndiyini diqqətə çatdırıb: "Hər dəfə Bakıya gələndə şəhəri çox gəzməyə imkanım olmur, amma çox sevimli bir şəhərdir".

Qeyd edək ki, Azərbaycan noyabrın 16-dan etibarən üç gün ərzində nüfuzlu beynəlxalq media qurumlarının toplantılarına - Dünya Xəbər Agentliklərinin V Konqresinə, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyasına və MDB Dövlət İnformasiya Agentlikləri Rəhbərləri Şurasının (İnformşura) XXII iclasına ev sahibliyi edəcək. Tədbirlərdə dünyanın 80 ölkəsindən informasiya siyasətinin əsas istiqamətlərini müəyyənləşdirən 190-a yaxın xəbər agentliyinin rəhbərləri və təmsilçiləri, media üzrə beynəlxalq ekspertlər, BMT - UNESCO-nun rəsmi nümayəndəsi, həmçinin regional media qurumlarının əməkdaşları iştirak edirlər. Konqresdə dünyanın bütün qitələrindən xəbər agentlikləri təmsil olunur. Belə ki, Asiyanın 31 ölkəsindən 39 agentliyin 77 nümayəndəsi, Avropanın 23 ölkəsindən 30 agentliyin 51 təmsilçisi, Afrika qitəsinin 16 ölkəsindən 16 agentliyin 25 nümayəndəsi, Amerika qitəsinin 7 ölkəsindən 9 agentliyin 17 əməkdaşı, habelə Avstraliyanın 3 agentliyini təmsil edən 4 nümayəndə gəlib.

Milli.Az




Tags:  Baş katib Dünya Xəbər Agentliklərinin Konqresi Azərbaycanın dünya mediasının inkişafına töhfəsidir FOTO

RƏYLƏR


Top news